Komandan: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Qanunvericiliyə görə hərbi rütbə vermək səlahiyyəti olan şəxsin həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, daxili işlər nazirinin polkovnik və digər rütbələri vermək səlahiyyəti var:
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir".
Baxış sayı:59
Bu xəbər 09 Sentyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















