Icma.az
close
up
RU
ABŞ li komandan Suriyada

ABŞ li komandan Suriyada

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) komandanı admiral Bred Kuper Suriya Demokratik Qüvvələri (SDQ) komandanı Mazlum Abdi ilə görüşüb. 

CENTCOM komandanı ABŞ-nin SDQ-yə verdiyi dəstəyin davam edəcəyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Kuper görüş zamanı ABŞ-nin PKK-nın Suriyadakı qolu olan SDQ-yə verdiyi dəstəyin davam edəcəyini vurğulayıb. O, həmçinin İŞİD-lə mübarizədə əməkdaşlıq öhdəliklərini bir daha təsdiqləyib. 

Suriyaya gəlməzdən əvvəl Kuper Ərbilə səfər edib, orada Neçirvan Barzani və Mesrur Barzani ilə görüşlər keçirib. Mazlum Abdi isə 10 Mart Razılaşmasının icrasında qətiyyətli olduqlarını bildirib. Abdi Suriya hökumətinin etimad artırıcı addımlar atmağa təşviq edilməsinin vacibliyini vurğulayıb. 

“Cebheinfo.az” xatırladır ki, martın 10-da Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb.Sənədin surəti Suriyanın Prezident Administrasiyasının “X” hesabında paylaşılıb.

8 maddədən ibarət müqavilədə aşağıdakılar öz əksini tapıb:

1. Dini və etnik mənşəyindən asılı olmayaraq, bütün suriyalıların ləyaqət əsasında təmsil olunma və siyasi iştirak hüquqlarının təmin edilməsi.

2. Kürd icmasının Suriyanın tərkib hissəsi kimi tanınması və onların konstitusiya hüquqlarının təmin edilməsi.

3. Bütün Suriya ərazisində atəşkəs.

4. Suriyanın şimal-şərqində sərhəd keçid məntəqələri, hava limanları, neft və qaz yataqları daxil olmaqla bütün mülki və hərbi qurumların dövlət idarəsi altında inteqrasiyası.

5. Bütün köçkün suriyalıların dövlət himayəsi altında öz vətənlərinə qayıtmasının təmin edilməsi.

6. Suriyanın Əsədin qalıqlarına və onun təhlükəsizliyinə və birliyinə qarşı bütün təhdidlərə qarşı mübarizəsini dəstəkləmək.

7. Bölünmə çağırışlarını, nifrət ifadələrini və nifaq salmaq cəhdlərini rədd etmək.

8. İcra komitələri müqavilənin ilin sonuna qədər qüvvəyə minməsi üçün çalışacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri