Icma.az
close
up
RU
Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?

Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, bundan sonra tikiləcək mənzillərdə mərkəzi istilik sistemləri quraşdırılacaq. Bu reallaşarsa, daha yeni tikilən binalardakı mənzillərdə kombi quraşdırılmasına ehtiyac olmayacaq.

Qanun layihəsinə əsasən, çoxmənzilli yaşayış binalarında hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

“Həm vətəndaşların, həm də büdcənin yükü azalacaq”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bu sahədə müəyyən problemlər olduğunu bildirdi: “Təəssüflər olsun ki, mərkəzi istilik təchizatının təmin edilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu sahədə nəzarət mexanizmi o qədər də güclü deyil. O səbəbdən yeni tikilmiş binalarda mərkəzi istilik sistemi təmin edilməyib. Yeni qanunun əsas məqsədlərindən biri bundan sonra mərkəzləşdirilmiş istilik təchizat sisteminin təmin edilməsidir”.

N.Həmzəyev düşünür ki, yeni qanun vətəndaşlar üçün sərfəlidir: “Qanun layihəsi çox mütərəqqidir. Olduqca müsbət yanaşmalar var. Xeyli problemlər aradan qaldırılacaq. Ümid edirik ki, bu sistem yeni yanaşmalarla qurulacaq. Çünki belə olmazsa, subsidiyalara ehtiyac olacaq. Bu isə hökumətin yükünü artıracaq. Yeni texnologiyalara əsaslanan istilik sistemləri quraşdırılmalıdır ki, vətəndaşların ödəyəcəkləri pul hazırda istilik üçün ödədikləri sərfiyyata yaxın olsun. Çalışmalıyıq ki, vətəndaşların büdcəsinə xeyir etsin”.

Məhəllə tipli istilik sistemləri olacaq

Deputatın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra tikilən binalarda məhəlli tipli sistem mərkəzləşdirilmiş istilik sistemləri yaradılacaq: “Mərkəzi istilik sisteminin quraşdırılması mümkün olan yerlərdə həyata keçiriləcək. Yeni tikiləcək binalara aid olacaq. İstilik sistemləri ya mərkəzi, yaxud da komplekslər üzrə ola bilər. Daha böyük əraziləri əhatə edən istilik sistemlərinin quraşdırılması uyğun deyil. Çünki yenidən boruların çəkilməsi, baş verə biləcək qəzalar, problemlər nəzərə alınmalıdır. O səbəbdən məhəllə tipli istilik sistemlərinin quraşdırılmasına üstünlük veriləcək”.

“Kombi sistemlərinə nəzarət artırılmalıdır”

N.Həmzəyevin fikrincə, bu sistemlərin qurulması ilə bir çox problemlər aradan qalxacaq: “İlk növbədə təhlükəsizlik təminatı güclənəcək. Pərakəndə şəkildə istiliklə təchizat əlavə təhlükəsizlik problemləri ortaya çıxarır. Standartlara cavab verməyən sistemlər quraşdırılır. Burada kombilər və onlara yaxın cihazlar nəzərdə tutulur. Bu cihazlar qazla işlədiyindən təhlükəlidir. Kombidən çıxan qazlar eyvandan digər mənzillərə dolur.

Ümumiyyətlə, mənzillərdəki kombi sistemlərinə nəzarət artırılmalıdır. Bazarda standartlara cavab verməyən, yaxud köhnə üsullarla hazırlanmış cihazlar var. Vətəndaşlar markaya, görüntüyə aldanaraq hətta baha qiymətə alırlar. Sərfiyyat baxımından da xərcə düşürlər. Quraşdırılmasında da standartlar olmalıdır. Yalnız standartlara cavab verən şirkətlər bu işlə məşğul olmalıdır”.

Müsahibimizin sözlərinə görə, qanunda təkcə mərkəzləşdirilmiş istilik sistemlərinə deyil, başqa məsələlərə də toxunulub: “Binalar tikilən zaman izolyasiya sistemləri düzgün quraşdırılmırsa, binaların fasadı düzgün formalaşdırılmırsa, tələblərə cavab verən tikinti materiallarından istifadə edilmirsə, bu, daha çox sərfiyyata səbəb olur. Nəticədə mənzilləri qızdırmaq daha da qəlizləşir. Ona görə də binalar tikilərkən standartlara cavab verən izolyasiya sistemləri quraşdırılmalıdır, fasadlarda da standartlara cavab verən materiallardan istifadə edilməlidir. Əgər bunlara əməl olunarsa, vətəndaşların istilik üçün çəkdikləri xərclər də azalacaq”.

“Hər məhəllədə qazanxana olmalıdır”

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, müasir dövrdə yenidən mərkəzi istilik sistemlərinin quraşdırılması çətin olardı: “Bu, iqtisadi cəhətdən də səmərəli deyil. Yenidən mərkəzi istilik sistemləri quraşdırmaq üçün hər məhəllədə qazanxana qurulmalıdır. Qazanxanaların borularının keçməsi üçün yerlər də məhduddur. Sovet dövründə doqquz istilik qazanxanası tikilmişdi. Onlardan altısı ləğv olunub, cəmi üçü qalıb. Onları da təmir etmək mümkün deyil. Çünki borular yerin altındadır. Bütün hər yer asfalt örtüyüdür. Yolların yenidən qazılması isə mümkünsüzdür”.

N.Qasımovun fikrincə, deyilənlərin əksinə, kombi sistemləri daha sərfəli və təhlükəsizdir: “Mərkəzi istilik sistemi müəyyən vaxt aralığında fəaliyyət göstərir. Kombini isə vətəndaş istədiyi zaman qoşa bilir. Olduqca ağıllı cihazlardır, avtomatik tənzimlənir. Yanma prosesi tam getdiyi üçün dəm qazı ayrılması qeyri-mümkündür. Amma istilik qazanxanalarında tam yanma təmin olunmur. Əvvəlki illərdə bir neçə dəfə qazanxanalarda partlayış hadisələri baş verib”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri