Kombi sistemləri təhlükəsizlik və sağlamlıq baxımından risklidir
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əgər mərkəzləşdirilmiş sistemin bütün texniki və normativ tələblərinə əməl olunarsa, bu, dünyada ən səmərəli və ekoloji cəhətdən ən təhlükəsiz isitmə üsuludur.
Bunu "Report"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, mərkəzi sistemin bir çox üstünlükləri var: "Enerji effektivliyi, idarəetmənin rahatlığı, texniki təhlükəsizlik, atmosferə az tullantı, sakinlərlə birbaşa təmasın olmaması və s. Məsələn, 100 mənzildə 100 kombinin işləməsi ilə bir qazanxananın işləməsi arasında böyük fərq var - ekoloji baxımdan da, təhlükəsizlik baxımından da mərkəzi sistem daha üstündür".
Sədr qeyd edib ki, kombi sistemləri həm təhlükəsizlik, həm də sağlamlıq baxımından risklidir: "Dəm qazı təhlükəsi, eyvanların zəbt olunması, cihazların baxımsız qalması kimi hallar mövcuddur. Mərkəzi sistemdə isə bu risklər yoxdur. Bəli, fərdi sistemin yeganə üstünlüyü istifadəçinin istədiyi vaxt sistemi açıb-söndürə bilməsidir, amma ümumi səmərəlilik baxımından mərkəzləşdirilmiş sistem açıq-aşkar üstünlük təşkil edir".
İ. Mirzəliyev xatırladıb ki, qəbul edilən qanuna əsasən, yeni layihələndirilən və tikilən binalarda fərdi istilik sistemlərinin quraşdırılması qadağandır: "Yalnız mərkəzləşdirilmiş sistem tətbiq olunmalıdır. Fərdi sistemlər yeni layihələndiriləcək binalarda yalnız istisna hallarda, xüsusi əsaslandırılmış vəziyyətlərdə - misal üçün bərpa olunan enerji mənbələrindən qidalandırıldığı hallarda mümkün olacaq. Köhnə binalara isə qanunun bu tələbi şamil edilmir, çünki onun geriyə qüvvəsi yoxdur. Həm də bir çox köhnə binalar yaxın illərdə şəhərin Baş Planına uyğun olaraq yenidən tikiləcək. Bu səbəbdən, mərhələli şəkildə, yeni inşaatlarda artıq mərkəzləşdirilmiş istilik sisteminə keçid təmin ediləcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda kombi sistemləri ləğv ediləcək? Həmin binalarda…
26 Aprel 2025 08:04
Çiy ətin yuyulması sağlamlıq üçün RİSKLİDİR?
08 Sentyabr 2025 08:58
Bu ayaqqabılar sağlamlıq üçün risklidir FOTO
05 Noyabr 2025 11:21
İdarəçilik bina tikən MTK lardan alınsın, kombi sistemləri ləğv olunsun Deputatdan təklif
23 Aprel 2025 18:20
Baxış sayı:69
Bu xəbər 17 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları