Icma.az
close
up
RU
Komitə sədri Bəhreyndə keçirilən İslamdaxili Dialoq konfransında iştirak edib

Komitə sədri Bəhreyndə keçirilən İslamdaxili Dialoq konfransında iştirak edib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov  19-20 fevral tarixlərində Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayəsi altında  Manama şəhərində keçirilən İslamdaxili Dialoq konfransında iştirak edib.

"Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş konfrans Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin təşəbbüsü, Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılıblar.

Dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyətin gələcəyi naminə birgə təşəbbüslərin ortaya qoyulması məqsədi ilə təşkil olunan konfrans 8 sessiyadan ibarət olub.

Konfransın gündəliyində həmrəylik dəyərlərinin təbliği, fanatizm və xurafata qarşı mübarizə istiqamətində anlaşma və əməkdaşlığın gücləndirilməsi,  konstruktiv İslam dialoqu mədəniyyətinin formalaşdırılması və digər məsələlər yer alıb.

Qeyd edək ki, konfrans çərçivəsində Bəhreyn Kralı müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə konfransın əhəmiyyəti vurğulanaraq, müsəlman xalqları arasında əlaqələrin, birliyin möhkəmləndirilməsi və İslam həmrəyliyinin gücləndirilməsinin zəruriliyi barədə müzakirələr aparılıb.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri