Komitə sədri: “Prezident qarşıda duran vəzifələri açıqladı”
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıda duran vəzifələri müəyyənləşdirdi və Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi”.
Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri: Prezident qarşıda duran vəzifələri açıqladı
O bildirib ki, qurultay Azərbaycanın və xalqın həyatında olduqca əlamətdar hadisədir:
“Prezident İlham Əliyev orada çox əhəmiyyətli məsələləri vurğuladı və proqram xarakterli çıxış etdi. Qarşıda duran vəzifələri göstərdi və təkcə bizə göstərmədi, həm də dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan öz torpaqlarını özü işğaldan azad edən və özü bərpa edən dövlətdir”.
Komitə sədri əlavə edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir:
“Gələn ildən həm əməkhaqqıları artacaq, həm də pensiyalar, müavinətlər artacaq. Bu da əhalinin sosial rifahına müsbət təsir edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















