Prezident komitə sədrinə müavin təyin etdi
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Digər sərəncamla onun yerinə Səbuhi Əliyev təyin edilib.
Yeni sədr müavini 1983-cü ildə anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub.
S.Əliyev 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb, 2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib, 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib, 2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb, 19 avqust 2024-cü ildən 13 aprel 2026-cı ilə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib, 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı ilə qədər Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 7 oktyabr 2026-cı il tarixinə qədər Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.
O, dövlət qulluğunun baş müşaviridir, ölkə Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















