Komitə tərəfindən mediatur təşkil olunub
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, jurnalistlər və sosial media blogerlərinin iştirakı ilə Qəbələ və Zaqatalada fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə (UADM) mediatur təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, mediaturun əsas məqsədi regionlarda ailələrin və uşaqların sosial müdafiəsi istiqamətində həyata keçirilən işləri ictimaiyyətə tanıtmaq, mərkəzlərin fəaliyyətini daha geniş auditoriyaya çatdırmaq və sosial xidmətlərin əhəmiyyəti barədə məlumatlılığı artırmaq olub.
Mediaturla bağlı danışan “Sosial-İqtisadi və Ekaloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib ki, səfər çərçivəsində iştirakçılar mərkəzlərin fəaliyyəti, göstərilən sosial dəstək xidmətləri, ailələrlə aparılan işlər, uşaqların hüquqlarının müdafiəsi və maarifləndirmə tədbirləri ilə yaxından tanış olublar:
“Həmçinin mərkəzlərin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib, görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib. Mərkəzlərin fəaliyyətində ailələrin problemlərinin vaxtında müəyyən edilməsi, risk qrupunda olan uşaqlara və ailələrə dəstək göstərilməsi, valideyinlik bacarıqlarının inkişaf etdirilməsi, psixoloji və sosial xidmətlərin təşkili xüsusi əhəmiyyət daşıyır.
Bu cür mediatur və maarifləndirici səfərlər dövlət və sosial xidmət müəssisələrinin fəaliyyəti ilə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsinə, görülən işlərin daha geniş şəkildə tanıdılmasına və QHT-lərlə əməkdaşlığın inkişafına mühüm töhfə verir. İnanırıq ki, ailələrin rifahının yüksəldilməsi, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi istiqamətində həyata keçirilən bu fəaliyyətlərin ictimaiyyətə çatdırılması sosial məsuliyyətin və həmrəyliyin güclənməsinə xidmət edəcək”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















