Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Komitədə iclas keçirildi Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu

Komitədə iclas keçirildi Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

BAKU.WS xəbər verir ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Din Xadimlərinin I Forumuna ünvanladığı müraciətində öz əksini tapmış tövsiyələr, eləcə də digər müvafiq tapşırıqlar 2025-ci il ərzində görülən işlərin səmərəli olmasına zəmin yaradıb. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq sərəncamlarla Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında və Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi vəzifəsinin Komitəyə həvalə olunması qurumun fəaliyyət istiqamətləri üzrə yeni öhdəlik müəyyənləşdirib.

Sədr vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzi tərəfindən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filmi hazırlanıb, xaricdə yaşayan soydaşlarla dini-mənəvi əlaqələrin gücləndirilməsi istiqamətində Türkiyə və Gürcüstanda iftar tədbirləri təşkil olunub. "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində 250 məscid 25 min kitabla təmin edilib. "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpoziumda Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Misir daxil olmaqla 14 ölkənin nüfuzlu universitetlərindən 40-a yaxın alim və mütəxəssis iştirak edib.

Dövlət başçısının sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd olunan məqamların vacibliyini vurğulayan R.Məmmədov Dövlət Komitəsinin 2026-cı il üzrə fəaliyyətinin əsas prioritetləri sırasında rəqəmsal transformasiya çərçivəsində xidmətlərin elektronlaşdırılması, süni intellekt əsaslı texnoloji həllərin tətbiqinin yer aldığını bildirib. Həmçinin dini qurumların fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dini təhsil müəssisələrinin fəaliyyəti, dini maarifləndirmə işinin gücləndirilməsi, dini-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Kollegiya iclasında Dövlət Komitəsinin ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin təbliği məqsədilə çoxsaylı tədbirlər keçirilib, dini radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılması məqsədilə 7 regional konfrans təşkil olunub.

780 İslam dini icması, 27 digər dini konfessiya və 21 ziyarətgah maliyyə hesabatını təqdim edib. Hesabat dövründə 51 din xadimi vakant yerlərə təyin olunub, 3598 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq espertizasında keçirilib.

Komitənin beynəlxalq əlaqələrinin genişləndirilməsinin diqqətdə saxlanıldığı, 11 xarici ölkəyə səfər, müxtəlif ölkələrin dövlət və dini qurumlarının rəhbərləri ilə 25 görüşün keçirildiyi qeyd olunub.

Bildirilib ki, Dövlət Komitəsinin rəsmi veb-saytı müasir tələblərə uyğun yenilənib, saytda 814 xəbər dərc olunub, sosial media platformaları vasitəsilə isə ümumilikdə 2181 məlumat təqdim edilib.

İclasda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və tabeliyindəki qurumların "2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair" hesabatı da dinlənilib. Hesabatda dini durumun öyrənilməsi, tolerantlıq mühitinin və dövlət-din münasibətlərinin möhkəmləndirilməsi, radikal dini təmayüllərin vaxtında müəyyən edilməsi və din xadimləri üçün təkmilləşdirmə kurslarının nəticələri haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və dindarlarla mütəmadi görüşlər keçirilib, radikalizmə qarşı bölgələrdə 42 maarifləndirmə iclası təşkil edilib. Hesabat dövründə 60 nəfər təkmilləşdirmə kurslarında iştirak edib, hazırda 60 nəfərin kurslarda təlimi davam etdirilir.

Kollegiya iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin "2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair" hesabat haqqında məruzə də təqdim olunub. Vurğulanıb ki, ötən il 3-ü əcnəbi olmaqla 48 nəfər bakalavr, 8 nəfər isə magistr pilləsini bitirib. 2025/2026-cı tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat səviyyəsi üzrə 78, magistratura səviyyəsi üzrə 3 tələbə, doktorantura pilləsinə isə 2 tələbə qəbul olub. İnstitutda hazırda 305 tələbə (bakalavr, magistr, doktorant) təhsil alır. Aİİ ilə Qazaxıstan Respublikasının "Nur-Mübarək", Misir İslam Mədəniyyəti, Türkiyə Respublikasının "İstanbul 29 Mayıs" və Malayziya Beynəlxalq İslam Universiteti arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən tələbə mübadilələri aparılıb.

Həmçinin 2025-ci ildə Bakı İlahiyyat Kollecinin "Dini-mənəvi xidmət" ixtisasına tam (11 illik) orta təhsil bazasından 15 nəfərin, ümumi (9 illik) orta təhsil bazasından 15 nəfərin qəbul olduğu bildirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun hesabatında din xadimlərinə aylıq maddi dəstək göstərildiyi, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təqaüd proqramlarının icra edildiyi vurğulanıb. Həmçinin beynəlxalq simpozium, təlimlər və "Mənəvi dəyərlər" həftəsi kimi layihələr, din xadimlərinin peşəkarlılığının artırılması məqsədilə keçirilən seminar-treninqlər, Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edildiyi diqqətə çatdırılıb.

Regional bölmələrin fəaliyyəti barədə çıxışlarda bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran çağırışlar barədə məlumat verilib.

Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir.

Daha sonra Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri, eləcə də gündəlikdə olan digər məsələlər barədə məruzələr dinlənilib.

Aparılan müzakirələr zamanı səsləndirilən rəy və təkliflər nəzərə alınaraq, kollegiyanın gündəliyinə daxil edilmiş məsələlər üzrə müvafiq qərar qəbul edilib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Fevral 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri