Kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.
Məlumata görə, bu ilin 1 dekabr tarixinə qədər, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması nəzərdə tutulur.
Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, Kommunal qurumlarının abonent informasiya sistemləri, Kommunal qurumlarının coğrafi informasiya sistemləri) planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















