Icma.az
close
up
RU
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz KONKRET

Kommunal xərcləri bu yollarla azalda bilərsiniz KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kommunal ödənişlər hər ay eyni sualı doğurur: Bu qədər elektrik hara getdi? Əksəriyyət tariflərin artdığını düşünür, amma mütəxəssislər başqa məqama diqqət çəkir, evlərdə istifadə etdiyimiz məişət texnikasının bir hissəsi düşündüyümüzdən xeyli artıq enerji sərf edir. Üstəlik, bu cihazlar çox vaxt göz önündə olsa da, onların real xərci diqqətdən yayınır.

Gündəlik rahatlıq üçün istifadə etdiyimiz texnika bəzən büdcəyə zərər verir. Son araşdırmalar göstərir ki, düzgün istifadə edilməyən məişət cihazları aylıq kommunal xərclərin nəzərəçarpacaq hissəsini təşkil edir.

Bəs ən çox enerji sərf edən qurğular hansılardır və bu xərcləri necə azaltmaq olar?

KONKRET.az yenisabah-a istinadla kommunal xərcləri azaltmağın bir neçə yolunu təqdim edir:

 Ən çox elektrik sərf edən məişət cihazları

Enerji istehlakı üzrə aparılan müşahidələr göstərir ki, evlərdə ən çox elektrik “yeyən” cihazlar paltaryuyan maşın, soyuducu, elektrik sobası, su qızdırıcısı və kondisionerdir.

Soyuducu fasiləsiz işlədiyi üçün az enerji sərf edir kimi görünsə də, köhnə model olduqda və ya düzgün yerləşdirilmədikdə xərcləri ciddi artırır. Paltaryuyan maşın isə yüksək temperatur rejimində işlədikdə elektrik sərfiyyatını kəskin yüksəldir. Elektrik sobası və su qızdırıcısı qısa müddətdə çox enerji çəkməsi ilə seçilir.

Gizli xərc mənbəyi

Bir çox evdə cihazlar tam söndürülmür, sadəcə gözləmə rejimində qalır. Televizorlar, modemlər, mikrodalğalı sobalar və müxtəlif adapterlər işləmədiyi halda belə elektrik sərf edir.

Bu xərclər gündəlik nəzərə çarpmır, amma ayın sonunda ümumi hesabda hiss olunur. Hesablamalara görə, “standby” rejimi bəzi evlərdə ümumi elektrik sərfiyyatının 5-10 faizinə qədərini təşkil edə bilər. Bu rejim cihazın tam söndürülmədən, “hazır vəziyyətdə” saxlanılmasıdır. Yəni texnika işləmirmiş kimi görünür, amma əslində minimal səviyyədə enerji sərf etməyə davam edir ki, tez işə düşə bilsin.

Kommunal ödənişləri azaltmağın real yolları

Ekspertlər bildirir ki, bir neçə sadə vərdiş enerji xərclərini nəzərəçarpacaq dərəcədə azalda bilər:

Paltaryuyan maşını aşağı temperaturda və tam dolu halda işlədin.

Soyuducunu istilik mənbələrindən uzaqda yerləşdirin və qapısını uzun açıq saxlamayın.

İstifadə olunmayan cihazları şəbəkədən tam ayırın.

Enerjiyə qənaət edən lampalara üstünlük verin.

Kondisioneri sabit və orta temperaturda işlədin.

Mütəxəssislərin hesablamalarına görə, bu sadə addımlar kommunal xərcləri 20-30 faizədək azaltmağa kömək edə bilər. Yüksək hesabların səbəbi təkcə tariflər deyil, evdəki enerji davranışı da nəticəyə birbaşa təsir göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Fevral 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri