Icma.az
close
up
RU
Kommunal xidmətlərlə bağlı YENİLİK KONKRET

Kommunal xidmətlərlə bağlı YENİLİK KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” təsdiqlənib. Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq

Agentlikdən bildirildi ki, Vahid İnformasiya Sistemi ölkədə kommunal sahədə idarəetmənin effektiv təşkili məqsədi daşıyır: “Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq”.

Qurumun məlumatına görə, sistem vətəndaşlar üçün bir sıra yenilik və rahatlıq vəd edir: “Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar”.

MİS-lər, liftlərə dair xidmətlər də sistemə inteqrasiya edilə bilər

Agentlikdən bildirildi ki, Yol Xəritəsinə əsasən, sistemə aşağıdakı kommunal xidmət növləri – elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı daxil edilib. Bu xidmətlər üzrə məlumatlar real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürüləcək və vətəndaşlar bu məlumatlara rahat çıxış əldə edəcəklər: “Gələcək mərhələlərdə isə xidmət spektrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yaşayış binalarının idarə olunması (Mənzil İstismar Sahəsi -MİS), lift və mənzil fonduna dair xidmətlər də potensial olaraq bu sistemə inteqrasiya edilə bilər. Əgər bu sahələr üzrə rəqəmsallaşma təmin olunarsa və aidiyyəti normativ-hüquqi baza formalaşarsa, həmin ödənişlər və xidmətlər də sistem daxilində elektron şəkildə idarə oluna bilər”.

Əvvəlcə böyük şəhərlərdə tətbiq ediləcək

Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq: “İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır”. Bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 90 faizə çatdırılması, eyni zamanda abonentlərin VÖEN üzrə məlumat bazasının mötəbərliliyinin 70 faizə yüksəldilməsi nəzərdə tutulur. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi və elektron xidmətlərin “mygov” rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur.

“Elektron hökumət xidmətləri daha əlçatan olacaq”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Yol Xəritəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid abunəçi kodunun tətbiqidir. Beləliklə, bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş sistemdə toplanacaq: “Kommunal operatorların sistemləri inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50 faizi və bildirişlər “myGov” üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq. Ödənişlər və məlumat əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar üçün rahat interfeys və sürətli əməliyyatlar təmin olunacaq”.

E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir çox problemi aradan qaldıracaq: “Beləliklə, vətəndaşlar bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını görəcəklər. Vətəndaş sərfiyyatından əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin edəcək”.

“İnsan faktoru aradan qalxacaq”

Ekspert bildirdi ki, yeni sistem ünvan problemlərini kökündən çözəcək: “Hazırda bəzi yeni qəsəbələrdə ünvan problemləri var. Hər bir kommunal ödəniş üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən sonra bu kimi problemlər aradan qalxacaq”.

Müsahibimizin sözlərinə görə, növbəti addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən sonra quraşdırılacaq yeni nəsil “ağıllı sayğaclar” birbaşa mərkəzdən idarə olunacaq: “Artıq sahə müfəttişlərinə ehtiyac aradan qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə yarada biləcəklər. Bu sistemin hədəflərindən biri kommunal xidmətlərin ödənişi zamanı insan faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir çox qurumlar ağıllı sayğacları test edir, pilot layihələr həyata keçirirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri