“Komo” Moyze Kini “Fiorentina”dan icarəyə götürdü
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İtaliyanın “Komo” futbol klubu “Fiorentina”nın hücumçusu Moyze Kini icarəyə götürüb.
İdman.Biz xəbər verir ki, müqavilədə futbolçunun transfer edilməsi şərti də yer alıb.
26 yaşlı futbolçu daha əvvəl “Yuventus”, PSJ və “Everton”un formasını geyinib. O, ötən mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 33 matç keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Kin A Seriyasında ümumilikdə 173 oyunda 49 qol və 8 assistlə yadda qalıb. Onun Çempionlar Liqasında 24 matçda 5 qolu və 1 məhsuldar ötürməsi var.
İtaliya millisində 26 görüşə çıxan hücumçu 13 dəfə fərqlənib.
“Transfermarkt”ın məlumatına görə, Moyze Kinin bazar dəyəri 32 milyon avrodur (64 milyon manat).
Bu mövzuda digər xəbərlər:Fransa klubu “Fiorentina”dan Moyze Kini transfer etmək istəyir
22 Dekabr 2025 20:19
İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
28 Dekabr 2025 01:01
Komo Moyze Kinə təklif göndərib
17 Avqust 2026 13:20
“Fiorentina” “Yuventus”dan müdafiəçini icarəyə götürüb
04 Avqust 2026 01:33
Əliyar Ağayev Moyze Kini meydandan qovdu
22 Avqust 2025 09:34
Baxış sayı:161
Bu xəbər 01 Sentyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















