“Fiorentina” “Yuventus”dan müdafiəçini icarəyə götürüb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yuventus" müdafiəçi Joao Marionun icarəyə verilməsi üçün "Fiorentina" ilə razılığa gəldiyini açıqlayıb.
İdman.Biz Turin klubunun mətbuat xidmətinə istinadən bildirir ki, oyunçu 30 iyun 2027-ci ilə qədər 1,8 milyon avro müqabilində icarəyə verilib və bu məbləğ bir maliyyə ili ərzində ödənilməlidir.
Bundan əlavə, müqavilədə "Fiorentina"nın oyunçunu əlavə 9,5 milyon avroya daimi olaraq almaq imkanı da var. Bu məbləğ, satın alma bəndi aktivləşdirilərsə, üç maliyyə ili ərzində ödəniləcək.
Mario "Yuventus"a 2025-ci ilin yayında "Porto"dan keçib. 26 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısını "Bolonya"da icarə əsasında keçirib.
Bu mövzuda digər xəbərlər:Yuventus dan Fiorentina ya transfer oldu
04 Fevral 2025 17:25
“Fiorentina” “Yuventus”un müdafiəçisini icarəyə götürə bilər
26 İyul 2026 00:16
Yuventus un yarımmüdafiəçisi Fiorentina da
04 Fevral 2025 15:35
“Fiorentina” “Real”dan Mastantuononu icarəyə götürdüyünü açıqlayıb
07 Avqust 2026 19:38
“Komo” Moyze Kini “Fiorentina”dan icarəyə götürdü
01 Sentyabr 2026 22:53
Baxış sayı:182
Bu xəbər 04 Avqust 2026 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















