Icma.az
close
up
RU
Kompensasiya bazar qiymətindən aşağı olmamalıdır Deputatdan TƏKLİF

Kompensasiya bazar qiymətindən aşağı olmamalıdır Deputatdan TƏKLİF

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ekoloji təhlükələr, rəqəmsal transformasiya prosesləri, sosial infrastrukturun genişləndirilməsi və fəlakət risklərinin artması kimi amillər dövlət ehtiyaclarının məzmununu daha da genişləndirir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsindən danışan deputat Naqif Həmzəyev bildirdi.

O vurğuladı ki, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq öhdəliklər və “yaşıl iqtisadiyyat” hədəfləri nəzərə alınaraq bərpa olunan enerji layihələri, həmçinin daşqın və sürüşmə risklərindən qorunma məqsədilə mühafizə zonalarının yaradılması dövlət ehtiyacları sırasında ayrıca nəzərdən keçirilə bilər:

“Həmçinin Avropa ölkələrinin böyük əksəriyyətinin qanunvericiliyində dövlət xəstəxanaları, məktəblər, universitetlər və uşaq bağçaları kimi ictimai sosial obyektlər torpağın alınmasına əsas kimi tanınır. Qarabağın bərpası prosesi və sosial infrastrukturun genişləndirilməsi zərurəti nəzərə alındıqda, bu boşluğun doldurulması xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı, "Rəqəmsal Azərbaycan" strategiyasının uğurla həyata keçirilməsi üçün data mərkəzləri, fiber-optik magistral xətlər və müasir telekommunikasiya infrastrukturunun inşası getdikcə daha vacib hala gəlir. Siyahının genişləndirilməsi ilə paralel olaraq bir sıra prosedur zəmanətlər də mütləq qanuna əlavə edilməlidir. Müstəqil qiymətləndirmə mexanizmi, torpaq sahibinin məhkəməyə müraciət hüququnun açıq şəkildə təsbit olunması, kompensasiyanın bazar qiymətindən aşağı ola bilməyəcəyi norması və alınan torpaq nəzərdə tutulmuş məqsəd üçün istifadə edilmədikdə geri qaytarılma mexanizminin olması yaxşı hal olardı. Beynəlxalq təcrübə göstərir ki, dövlət ehtiyaclarının siyahısı statik olmamalı, ölkənin inkişaf strategiyası, ekoloji öhdəlikləri və texnoloji tərəqqisi ilə paralel olaraq yenilənməlidir. Lakin bu yeniləmənin hər addımı mülkiyyət hüquqlarının qorunması baxımından daha güclü prosedur zəmanətlərlə müşayiət olunmalıdır”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri