Icma.az
close
up
RU
Kompleks hazırlıq işləri aparılmalıdır Bakı qışa hazırdırmı?

Kompleks hazırlıq işləri aparılmalıdır Bakı qışa hazırdırmı?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib. İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. Qeyd olunub ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Sosioloq Elçin Bayramlı Demokrat.az-a qeyd edib ki, belə müşavirələrin keçirilməsi faydalıdır. O bildirib ki, Bakı şəhərində qış mövsümündə çox ciddi problemlər yaranır:
“Baxmayaraq ki, son illərdə qış mülayim keçir, lakin bir çox hallarda şahid oluruq ki, hava şəraiti ilə bağlı hətta yüngül situasiyalarda şəhər biabırçı vəziyyətə düşür. Nəqliyyatın hərəkəti iflic olur, kanalizasiyalar tutulur, yolları, həyətləri su basır, səkilər buz tutur, mavi yanacağın təzyiqi aşağı düşür, elektrik paylayıcı şəbəkələrin işi axsayır, elektrik enerjisi gah kəsilir, gah da enerjinin verilməsində yaranan fasilələr bəzən saatlarla davam edir. Qışa hazırlıqdan danışılırsa, bütün bu detallar kompleks şəkildə həll tələb edir. Qış mövsümünə standart vəziyyətlər yox, fos-major halların ola biləcəyi nəzərə alınaraq hazırlaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, 3 gün ardıcıl yağış yağa bilər, şaxta düşə bilər, şaxtalı hava bir neçə gün davam edə bilər, bu vəziyyətdə nələr edilməlidir ki, şəhər təsərrüfatı iflic duruma düşməsin. Kəskin iqlim şəraiti olacaqsa, şəhər təsərrüfatı idarələrinin problemləri aradan qaldırmaq üçün müvafiq işçi kontingenti  varmı, xüsusi texnikalar nə qədərdir, nə qədər texnikaya ehtiyac var? Yollar buz bağlayanda 3-5 texnika ilə bu problemi həll etmək mümkün olmayacaq”. 
E.Bayramlı söyləyib ki, sistemli şəkildə kompleks hazırlıq aparılmalıdır: 
“Kanalizasiyaların ötürücülük qabiliyyəti genişlənməli, drenaj qurğuları yenilənməlidir. Mavi yanacağa tələbat artan kimi təzyiq aşağı düşür. Niyə, çünki evlərin sayı artıb, məskunlaşma sıxdır, amma qaz boruları 30 il əvvəlki ölçüdədir. Su təminatına baxılmalıdır, elektrik xətlərində harada köhnə dirəklər var, yenilənməlidir. Qurğular, transformatorlar harada köhnədirsə, yüklənən kimi sıradan çıxır. Bunları yoxlayıb, yeniləri ilə əvəzləmək lazımdır. İşlər elə aparılmalıdır ki, qış mövsümü Bakıda da bir çox digər şəhərlərdə olduğu kimi vətəndaşlar üçün normal şəraitdə, problemsiz keçsin. Dünyada elə şəhərlər var orada ilin 9-10 ayı sərt qışdır, amma onlar şəraitə uyğun işlər aparır deyə, heç bir problem yaranmır. Bizdə isə ildə cəmi bir neçə dəfə intensiv yağış yağır, 1-2 dəfə də qar yağır. Belə olan halda şəhər təsərrüfatını elə sistemli şəkildə qurmaq olar ki, heç bir problem yaşanmasın. İnsanlar rahat şəkildə işə gedib-gələ bilsinlər, mənzillərini isidə bilsinlər, qaz, su problemi olmasın. Amma vəziyyət necədir,  normadan bir balaca artıq yağış yağan kimi martşrutların sayı azalır, yolları, küçələri su basır, şəhər iflic vəziyyətə düşür. Şəhəri belə idarə etmək olmaz. Şəhər infrastrukturu əhali sayına, sıxlığa uyğun ölçülüb-biçilib tələbata uyğunlaşdırılmalıdır. 
Son illərdə aparılan xaotik tikililər, şəhərsalma standartlarının pozulması vəziyyəti kritik həddə çatdırıb. Kompleks tədbirlər görülməlidir ki, vəziyyət normallaşsın. Formal qaydada tədbirlər davam edəcəksə, hər qış mövsümündə eyni problemlər təkrarlanacaq. Əhaliyə də şəffaf məlumatlar verilməlidir ki, hansı işlər görülür, hansı işlər görüləcək”.
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri