Kompleks Tədqiqatlar Laboratoriyasından daha bir uğur
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Kompleks Tədqiqatlar Laboratoriyası Böyük Britaniyanın nüfuzlu beynəlxalq qiymətləndirmə proqramı olan FAPAS tərəfindən təşkil edilən səriştəlilik sınaqlarında iştirak edərək uğurlu nəticələr əldə edib.
"Unikal" xəbər verir ki, laboratoriya bioloji aktiv qida əlavəsi nümunəsində arsen, kadmium, xrom, qalay, qurğuşun, nikel, mis, dəmir, maqnezium, sink və selen kimi elementlərin təyini üzrə yüksək dəqiqlik nümayiş etdirib.
Bu nəticələr laboratoriyada tətbiq olunan müasir analiz metodlarının etibarlılığını və ölçmə dəqiqliyinin beynəlxalq standartlara uyğun olduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, Kompleks Tədqiqatlar Laboratoriyası AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya laboratoriyanın sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 Aprel 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















