Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

AĞDAM: BİR QALA KOMPLEKS LAYİHƏSİ!

AĞDAM: BİR QALA KOMPLEKS LAYİHƏSİ!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdam Azərbaycanın ən çox dağıntıya, vandalizmə məruz qalan ərazisi idi. 1993-cü il, iyulun 23-də işğal ediləndən bu yana şəhəri xarabazara çevirmək üçün əllərindən gələn heç nəyi əsirgəməmişdi erməni vandalları. Rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələri, qəbiristanlıqlari yerlə bir etmişdilər. Təsadüfi deyil ki, 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ətrafı ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzətmişdi. Bundan sonra Ağdamı simvolik olaraq, “Qafqazın Xirosiması” adlandıranlar da vardı.

2020-ci il, noyabrın 23-də işğaldan azad olunandan sonra ilk dəfə Ağdam məscidində olan Prezident İlham Əliyevin çıxışını xatırlayıram: “Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Və hər zaman olduğu  kimi, Prezidentin çıxışındakı ümidlə dolu məqamlar, quruculuq işləri ilə bağlı əsası qoyulmuş planlar, gələcəyin cızılmış yol xəritəsi! Bu xəritədə Ağdamın yeni obrazının, yeni görkəminin də yeri və müstəsnalığı boy verirdi: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.

 Doğrudan da, ötən beş ilə yaxın müddət ərzində Ağdam şəhərinin bərpası üçün baş plan hazırlandı, bura mütəxəssislər cəlb olundu, infrastruktur layihələri planlı şəkildə icra edilməyə başlanıldı, inzibati binalar, sosial obyektlər, yollar və digər quruculuq işləri üçün hazırlıqlara başlandı. Ötən illərdə Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradıldı, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edildi. Ötən gün, fevralın 18-də Prezidentin Ağdama səfəri də vaxtında atılmış addımlara yenidən dönüş, görülən işlərlə bağlı verilən hesabat məqamı idi.

Bir haşiyə çıxım. 2020-ci il, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunan Ağdama ilk səfərlərini Ağdam məscidindən başlamışdılar. Onlar  Ağdam məscidini ziyarət etmiş, Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim’’i Ağdam məscidinə  bağışlamışdır. Bu, təkcə torpaqlarımıza deyil, həm də  dəyərlərimizə qayıdışın ruhsal-mənəvi baxımdan bəyanı idi.

Fevralın 18-də gerçəkləşən səfər çoxyönlü bərpa-tikinti işlərinə yenidən nəzər yetirməklə bərabər, ümumən fəaliyyətin qlobal səciyyəsini meydana qoyurdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, 1268 mənzilli 2-ci yaşayış kompleksində mövcud tikinti işləri ilə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi,  Ağdam şəhər 1 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanışlığı, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirakı bir daha göstərir ki, Qarabağın bütün regionlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə Prezidentin şəxsən özü nəzarət edir. Həm də təklif və əlavələriylə, modern baxış və qeydləri ilə. Bu mənada, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş rayonlara hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr vermək deməkdir. Bu töhfələr hər səfər zamanı regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası, tarixi-mədəni, dini abidələrin bərpası, növbəti təməlqoyma mərasimlərinin əsasının qoyulması deməkdir. Müxtəlif tikinti işləri ilə tanışlıq göstərir ki, qarşıda böyük strateji hədəflər var. Bu hədəflər xalqın o torpaqlarda rahat yaşayışından tutmuş məktəb, təhsil, mədəniyyət təmininə qədər bütün sahələri əhatə eləyir. Nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi prioritet istiqamətlərdən olduğu kimi, Muğam Mərkəzi, Əsgəran qalasının inşası, uşaq bağçası, körpələr evi, məktəb binalarının tikintisinə qədər bütün humanitar müstəviləri, ruhsal-mənəvi ehtiyacların ödənilməsini çevrələyən işlər də bizim üçün eyni səviyyədə önəm daşıyan məsələlərdir.

Bəli, Böyük Qayıdışa addım-addım yaxınlaşırıq. Biz digər yurd yerlərimizə olduğu kimi, Ağdama da qayıdırıq, böyük quruculuq işləri, mədəniyyət və mənəviyyat qalalarımızın bərpası, tikintisi ilə.

İlham Əliyev hər addımda bir ibrətli məqamı görk etdirir: torpağı qurub-yaratmadınsa, əkib-becərmədinsə, onu qorumağa dəyməz. Şükürlər olsun ki, bu gün öz torpaqlarımızda qurub-yaradan da, əkib-becərən də özümüzük, onu göz-bəbəyi kimi qorumağa bütün canı, qanı ilə birlikdə atılan da.

ELNARƏ AKİMOVA

Milli Məclisin deputatı,filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri