Icma.az
close
up
RU
“Komponent üzrə ixtisaslaşma vacibdir” İqtisadçı

“Komponent üzrə ixtisaslaşma vacibdir” İqtisadçı

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Qeyri-neft sektoru Azərbaycan üçün, əlbəttə ki, strateji əhəmiyyət daşıyır. Bununla belə, əsas məqsədimiz iqtisadiyyatımızı şaxələndirmək və neftdən asılılığı tədricən azaltmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.

Onun sözlərinə görə, ümumilikdə iqtisadiyyatımız böyüyür, dövlət büdcəsi artır: "Lakin eyni zamanda neft hasilatında və ixracında müəyyən azalmalar müşahidə olunur. Bundan əlavə, dünya bazarında neftin qiyməti sabit deyil. Bütün bunlar qeyri-neft sektorunun inkişafını və iqtisadiyyatın şaxələndirilməsini zəruri edir.

Əsas hədəf iqtisadiyyatın yalnız bir sahədən asılı olmamasıdır. Beləliklə, dünya bazarında neft qiymətlərində baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına təsiri minimuma enəcək.

Tarix göstərir ki, davamlı inkişafın əsasında yeni texnologiyalar, innovasiyalar və yüksək texnologiyalı istehsal dayanır. Bu istiqamətdə sənaye komplekslərinin yaradılması, müasir infrastrukturun formalaşdırılması və bütövlükdə effektiv ekosistemin qurulması olduqca vacibdir. Məhz bu amillər Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin edə bilər.

İlk növbədə elmtutumlu və kapitaltutumlu sahələrin inkişafına üstünlük verilməlidir. Azərbaycanın yaşıl enerji sahəsində ixtisaslaşmaq üçün böyük potensialı var. Eyni zamanda, ənənəvi enerji ölkəsi olduğumuz üçün neft-kimya sənayesi ilə yanaşı, yaşıl enerji də prioritet istiqamətlərdən biri hesab olunur. Azad iqtisadi zonalarda da məhz bu sahələrin inkişaf etdirilməsi nəzərdə tutulur.

Hesab edirəm ki, artıq dünyada ölkələr bütöv sahələr üzrə deyil, konkret məhsul və ya komponent üzrə ixtisaslaşmağa üstünlük verirlər. Məsələn, kompüter və elektronika sənayesində Sinqapur, Hollandiya və digər ölkələr ayrı-ayrı çiplərin və komponentlərin istehsalı üzrə ixtisaslaşıblar. Qlobal iqtisadiyyatın inkişaf istiqaməti də məhz bunu göstərir.

Düşünürəm ki, Azərbaycan da gələcəkdə qlobal dəyər zəncirində konkret yüksək texnologiyalı komponentlərin istehsalı üzrə ixtisaslaşa bilər. Bu, müasir dövrün tələblərinə daha uyğun yanaşmadır.

Təbii ki, ölkəmizin turizm, kənd təsərrüfatı və neft-kimya sənayesi kimi ənənəvi üstünlük sahələri inkişaf etdirilməlidir. Bununla yanaşı, süni intellekt, yüksək texnologiyalar və innovativ məhsulların komponentlərinin istehsalı kimi istiqamətlərdə ixtisaslaşmaq Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından daha perspektivli görünür".

Lətifə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri