Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Sağlam inkişafda vacib komponent

Sağlam inkişafda vacib komponent

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Valideynlər öz arzularını övladlarına yükləməməlidirlər

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bakı Dövlət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib. Konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev Azərbaycanda qız və qadınların ölkənin siyasi və ictimai həyatında, elm, təhsil və mədəniyyət sahələrində fəal rolundan danışıb. 

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara cavab verir. Ölkədə qadınlar ali təhsilin magistratura səviyyəsində çalışan, doktoranturada təhsil alan, elmin inkişafına töhfə verən fəlsəfə doktorlarının yarıdan çoxunu təşkil edir. Bu gün dünyada informatika və riyaziyyat, texnologiya və mühəndislik kimi ixtisaslar üzrə təhsil alanların 35 faizini qızlar təşkil etdikləri halda, bizim ölkədə bu rəqəm 40 faiz olmaqla orta dünya göstəricisindən artıqdır. Azərbaycan dövləti ölkə vətəndaşlarının, o cümlədən qızların və qadınların əlçatan və keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirmələri üçün hər bir şərait yaradıb. Qızların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir”. Rektor bildirib ki, ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da hazırda bakalavriat və magistratura səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır: “Onlardan 16641 nəfəri - təxminən 67,2 faizi qızlardır. Bu tədris ilində BDU-ya 5414 tələbə qəbul olunub, onlardan 3803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olub. BDU-nun qız tələbələrimiz təhsillərini uğurla davam etdirməklə yanaşı, universitetin ictimai həyatında da fəal iştirak edirlər. BDU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvlərinin əksəriyyətini qızlar təşkil edir”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda çıxışı zamanı bildirib ki, qızların təhsili məsələsi yalnız fərdi inkişaf və ailə maraqları kontekstində olmamalıdır. Qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir. B.Muradova vurğulayıb ki, qızların təhsil almasına mane olan cəhətlər kimi adətən ailələrin müdaxilələri, eləcə də maddi çətinlikləri göstərmək olar: "Lakin ictimaiyyət və müvafiq qurumlar bu kimi hallarla mübarizədə birgə səylər göstərməli, mediada maarifləndirmə və təşviqat işini genişləndirməli, yeni dövrün qarşımıza çıxardığı çağırışlara birgə cavab verilməlidir". Onun sözlərinə görə, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq əsas hədəflərdən biri olub. O vurğulayıb ki, hazırda Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən təşəbbüslər vasitəsilə təhsil siyasətində qızların dəstəklənməsi sahəsində yeni mexanizmlər tətbiq olunur. Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev maraqlı faktlar açıqlayıb. Bildirib ki, hazırda təhsil alan gənclərin sayı 20 il əvvəllə müqayisədə 3 dəfə çoxdur. Nazir qeyd edib ki, təhdidlər həmişə insanı müəyyən mənada inkişafa doğru sövq edən amillərdəndir. "Qızlarımızın, qadınlarımızın əvvəlki dövrdə olan çətin vəziyyətə düşmək ehtimalı da var. Biz bu riski yadımızda saxlamalıyıq. Qadınların imkanlarının mərhələlərlə məhdudlaşmasını unutmaq olmaz. 21-ci əsrdə hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının tamamilə məhdudlaşdırılması reallıqlarını görürük. Bu təhdidləri də açıq şəkildə müzakirə etməyə ehtiyac var". Nazir əlavə edib ki, bu gün qızlar təhsilin müxtəlif pillələrində təlim və tədrisə cəlb olunurlar. "Məktəbəqədər təhsilə uşaqların cəlb edilməsi 40 faizə yaxınlaşıb, gələcəkdə 50 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək. Qeyd edildi ki, BDU-da tələbələrin əksəriyyətini qızlar təşkil edir. Bu da gələcək anaların təhsilli olması haqqında müsbət fikir olacaq. Bir neçə statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə daha çox gənc təhsil alır". E.Əmrullayev eyni zamanda bildirib ki, ibtidai təhsil səviyyəsində ənənəvi olaraq qızların oxu bacarıqları oğlanlardan daha yüksəkdir. Nazir onu da qeyd edib ki, akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir. O bildirib ki, buna görə ali təhsilli ailələrin olması çox vacibdir. "Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur", - deyə nazir əlavə edib. Psixoloq, psixoterapevt, 


Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova isə hesab edir ki, valideynlər həyata keçməmiş arzularını bəzən övladlarına yükləyir. Bu isə uşaqların əsassız həyəcanlanmasına, hətta depressiyaya düşmələrinə səbəb olur:

 "Bəzi valideynlər, öz uşaqlıq arzularını övladlarına yüklədikdə, bu, uşağın psixoloji vəziyyətinə mənfi təsir edə bilər. Çünki valideynin öz arzusunu övladına "sırıması" uşağın maraqlarını, istəklərini və qabiliyyətlərini kəşf etməsinə mane ola bilər. Uşaq, valideyninin arzusunu yerinə yetirməyə çalışarkən özünü "yad" hiss etməsi mümkündür. Həmçinin, valideynin yüksək gözləntiləri və təzyiqi, uşaqda stress və narahatlıq yarada bilər. Uşaq, valideyninin gözləntilərini qarşılamağa çalışaraq daima gərginlik yaşayacaq, bu da onun özünə inamını azaldacaq. Valideynin öz arzusunu övladına zorla qəbul etdirməyə çalışması, aralarındakı münasibətləri zədələyə bilər. Uşaq valideyninin onu anlamadığını və dəstəkləmədiyini düşünəcək və bu onda mənfi emosiyaların yaranmasına səbəb olacaq. Övlad valideyninin arzusunu yerinə yetirə bilməyəcəyi qorxusu ilə yaşamamalıdır. Bu qorxu, uşağın özünə inamını azaldır və nəticədə uğursuzluğa gətirib çıxara bilir. Davamlı təzyiq və stress altında olan uşaqda isə depressiya, təşviş pozuntuları, yuxu problemləri kimi psixoloji çətinliklər yarana bilər. Valideynlər öz uşaqlıq arzularını övladlarına yükləməkdən çəkinməlidirlər. Bunun əvəzinə, onların maraqlarını, istəklərini və qabiliyyətlərini kəşf etmələrinə kömək etməli və onları şərtsiz şəkildə sevməlidirlər. Valideyn və övlad arasındakı münasibət etibara, qarşılıqlı hörmətə və sevgiyə əsaslanmalıdır. Uşaqlarının xoşbəxtliyi və sağlamlığı ən önəmli məqsəd olmalıdır. Bu məqsədə çatmaq üçün valideynlər onların dəstəkçisi olmalı, övladlarını anlamağa çalışmalı və onların fərdi xüsusiyyətlərini nəzərə almalıdırlar. Belə olarsa, uşaqlar özünə güvənli və xoşbəxt böyüyəcəklər, həyatda qarşılarına qoyduqları məqsədə daha asan çatacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri