Kompromislər qaçılmazdır : BMW Çin elektrik avtomobilləri alıcılarına xəbərdarlıq etdi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
BMW nümayəndələri Çin istehsalı elektrik avtomobillərində tətbiq edilən ultra sürətli şarj texnologiyalarını şərh edərək potensial alıcıları daha ehtiyatlı olmağa çağırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "PiataAuto.md” yazır.
Qeyd olunur ki, Çin şirkəti BYD yeni "Blade 2.0" batareyası və "Flash" şarj texnologiyasını təqdim edib. Bu texnologiya batareyanı 10%-dən 70%-ə cəmi 4 dəqiqə 54 saniyəyə, 97%-ə isə 8 dəqiqə 47 saniyəyə qədər doldura bilir.
BMW-nin akkumulyator istehsalı üzrə direktoru Markus Falmober və "Neue Klasse" proqramının rəhbəri Mayk Rayxelt bildiriblər ki, belə yüksək şarj sürətləri mütləq müəyyən kompromislərlə müşayiət olunur.
"Bir parametri, məsələn şarj gücünü xeyli artırmaq mümkündür, amma bu zaman digər göstəricilərdən imtina etmək lazım gəlir”, deyə Falmober qeyd edib.
Onun sözlərinə görə, BMW də öz yeni modellərində şarj gücünü artırmaq imkanına malikdir, lakin bu, batareyanın enerji sıxlığının və uzunömürlülüyünün azalmasına səbəb ola bilər.
Rayxelt isə bildirib ki, BMW "Neue Klasse" modellərində şarj gücü 400 kVt səviyyəsində məhdudlaşdırılacaq. Onun sözlərinə görə, 10 dəqiqəlik şarj təxminən 400 km məsafə üçün kifayət edir.
"On dəqiqə artıq çox qısa bir vaxtdır – bu müddətdə ya qəhvə içirsən, ya da tualetə gedirsən. Daha 1–2 dəqiqə qazanmaq üçün digər daha vacib göstəricilərdən imtina etməyə dəyməz”, deyə o bildirib.
Beləliklə, BMW sürətli şarj yarışında maksimal göstəricilərdən çox balanslı texniki yanaşmaya üstünlük verdiyini vurğulayıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 11 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















