Icma.az
close
up
RU
Kompüterinizin USB girişinə əsla taxmamalı olduğunuz 3 cihaz

Kompüterinizin USB girişinə əsla taxmamalı olduğunuz 3 cihaz

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir kompüterlərdəki USB portları artıq sadəcə bir "əlavə cihaz yuvası" deyil - indi ultrasürətli məlumat ötürməsini, enerji paylanmasını və hətta xarici ekran qoşulmasını təmin edən çox yönlü interfeysə çevrilib. Lakin bu qədər rahat imkanlara baxmayaraq, bəzən bir USB cihazı taxmaq kompüterinizi həm proqram, həm də avadanlıq baxımından sıradan çıxara bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər kompüterinizin təhlükəsizliyini qorumaq üçün bu 3 növ cihazı USB girişinizə əsla taxmamağı tövsiyə edir.

Tapılmış və ya kimə məxsus olduğu bilinməyən USB yaddaşlar

Bir kafedə, dayanacaqda və ya ofisdə "kiminsə unutduğu" kimi görünən bir USB yaddaşı "içində nə var?" marağı ilə kompüterinizə taxmaq - böyük bir təhlükəsizlik səhvidir.

Belə USB-lər bəzən bilərəkdən "USB tələsi" kimi yerə atılır. Cinayətkarlar bu üsulla sistemə zərərli proqram yerləşdirirlər.

Hətta bəzi hallarda poçtla göndərilən viruslu USB-lər də aşkar olunub. Buna görə də mənbəyi məlum olmayan və ya sizə sifarişsiz göndərilən USB yaddaşları kompüterinizə taxmayın. Onları təhlükəsiz şəkildə utilizasiya edin.

İctimai yerlərdəki şarj kabelləri və USB nöqtələri

Hava limanları, kafelər və ticarət mərkəzlərindəki ictimai USB şarj məntəqələri istifadə üçün rahat görünə bilər, lakin siber cinayətkarların əsas hədəflərindən biridir.

Bu cür məntəqələrdə "Juice Jacking" adlanan üsulla cihazınıza zərərli proqram yüklənə və ya məlumatlarınız oğurlana bilər.

Hətta FBI və TSA kimi qurumlar belə USB şarj nöqtələrinin istifadəsinə qarşı rəsmi xəbərdarlıqlar yayıb.

Təhlükəsiz şarj üçün:

Həmişə öz adapterinizi və orijinal kabelinizi istifadə edin.

Mümkünsə divar prizindən şarj edin, USB portlardan uzaq durun.

"Yalnız enerji ötürən" və məlumat əlaqəsini bloklayan adapterlər (Data Blocker) istifadə edə bilərsiniz - bu cihazlar USB vasitəsilə məlumat ötürülməsini tamamilə kəsir.

Naməlum markalı, ucuz USB aksesuarları

Onlayn satış saytlarında ucuz USB fanatlar, işıqlar, qızdırıcılar və "oyuncaqlar" çoxdur. Lakin bu məhsulların əksəriyyəti keyfiyyətsiz və təhlükəlidir.

Bu cür cihazlar bəzən proqram zərəri deyil, fiziki zərər yaradır - yəni stabil olmayan elektrik axını sayəsində USB portlarını və hətta anakartı yandıra bilər.

Belə ucuz cihazlar "USB Kill Stick" adlı zərərli alətlər kimi davranaraq kompüterinizi sıradan çıxara bilər.

USB aksesuarı alarkən mütləq tanınmış və etibarlı markaları seçin. Əgər yeni və ya naməlum brenddirsə, istifadəçi rəylərini oxuyun və məhsulun keyfiyyətinə əmin olun.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Oktyabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri