Icma.az
close
up
RU
İş görüşməsində əsla etməməli olduğunuz 7 səhv

İş görüşməsində əsla etməməli olduğunuz 7 səhv

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir rəqabətli iş mühitində iş görüşməsinə dəvət almaq uğurun yalnız yarısıdır. Əsas olan, bu görüşmə zamanı vəzifəni qazanmaq şansınızı artıracaq və ya azaldacaq davranışlar nümayiş etdirməkdir. 

Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki, "TopResume" tərəfindən aparılan bir araşdırmaya görə, işəgötürənlərin və insan resursları mütəxəssislərinin böyük əksəriyyəti (92%) namizədi hətta müsahibə başlamadan belə davranışlarına əsasən dəyərləndirə biləcəklərini bildirir.

Bir iş axtaran şəxs olaraq, işəgötürənlərin və insan resursları mütəxəssislərinin nələrə diqqət yetirdiyini başa düşmək, iş təklifi almaq və ya mənfi cavab almaq arasındakı fərqi müəyyən edə bilər. İşəgötürənlərin namizədlərdən imtina etməsinə səbəb olan yeddi əsas səhvə nəzər salaq.

İş görüşməsində yol verilməməli olan səhvlər


Görüşməyə gecikmək (əsaslı səbəb olmadan)

Görüşməyə gecikmək qədər hörmətsizlik və zəif zaman idarəçiliyini göstərən başqa bir davranış yoxdur. "LinkedIn"in minlərlə işəgötürənlə keçirdiyi sorğuya görə, iştirakçıların 53%-i iş görüşməsinə gecikməni ciddi problem kimi görür. 

"Ringover" şirkətinin araşdırmasına əsasən, insan resursları mütəxəssislərinin 35,8%-i gecikməni müsahibə prosesində ən böyük mənfi cəhət hesab edir. Gecikmək işəgötürənə belə bir mesaj göndərir: "Bu iş fürsəti mənim üçün önəmli deyil".

Bunun əvəzinə nə etməli?

Bu mənfi təsiri aradan qaldırmaq üçün görüşməyə 15 dəqiqə əvvəl getməyi planlaşdırın. Lakin çox erkən də getməyin, çünki bu da narahatlıq yarada bilər. Əgər gözlənilməz bir hadisə baş verərsə, mütləq işəgötürənlə əlaqə saxlayın, vəziyyəti izah edin və lazım gələrsə, görüşmənin yenidən planlaşdırılmasını təklif edin.

Hazırlıqsız olmaq

"TopResume"nin sorğusuna əsasən, şirkət haqqında araşdırma aparmadan görüşməyə getmək üçüncü ən ciddi səhv kimi qiymətləndirilir. "Ringover"in araşdırmasına görə isə, müsahibə aparan şəxslərin 30%-dən çoxu bunu dərhal qırmızı siqnal kimi görür. 

"Walmart"ın baş insan resursları mütəxəssisi Ketrin Pilant namizədlərin görüşməyə CV olmadan gəlməsini böyük problem hesab edir. CV olmadan təcrübəni ətraflı müzakirə etmək çətinləşir.

Bunun əvəzinə nə etməli?

Şirkət və vəzifə haqqında əvvəlcədən ətraflı araşdırma aparın. Təcrübənizin vəzifənin tələbləri ilə necə uyğunlaşdığını izah edən nümunələr hazırlayın, yanınızda bir neçə nüsxə CV gətirin vəzifə ilə bağlı ağıllı suallar hazırlayın və cavablarınızı məşq edin. İş görüşməsinə hazırlıq yalnız şirkət haqqında əsas məlumat toplamaqdan ibarət deyil, həm də bacarıqlarınızın vəzifəyə necə uyğun olduğunu dərk etməyi əhatə edir.

İşgüzar maraq göstərməmək

"TopResume"nin araşdırmasına əsasən, iş görüşməsi zamanı həyəcan və maraq göstərməmək ikinci ən ciddi səhvdir. Keçmiş "Amazon" işəgötürmə mütəxəssisi Lindsi Mustain bildirir: "Bir namizədin görüşməyə gətirə biləcəyi ən vacib şey həqiqi maraq və həvəskarlıqdır. Təkəbbürlü və işi haqq etdiyini düşünən namizədlər yaxşı təəssürat yaratmır və işəgötürənlər bunu anlayır".

Bunun əvəzinə nə etməli?

Görüşmə zamanı müvafiq bədən dili istifadə edin, diqqətli suallar verin və vəzifəyə niyə həvəsli olduğunuzu nümunələrlə açıqlayın. Göz təması qurun və telefonunuzu uzaqda saxlayın. Həm ehtirasınızı, həm də peşəkarlığınızı nümayiş etdirərək, çaşqın və ya həddindən artıq özünə güvənən görünməməyə çalışın.

Təcrübə və bacarıqlar barədə yalan danışmaq

Uğurları şişirtmək, bacarıqları olduğundan artıq göstərmək və ya təcrübələri uydurmaq... Yalanlar gec-tez üzə çıxır. Mustain bildirir ki, namizədlərin həqiqətə uyğun olmayan şeylər söylədiyini hiss etsəm, onların etibarını itirirəm.

Müasir dövrdə referans yoxlamaları, keçmiş iş təcrübələrinin araşdırılması və texniki qiymətləndirmələr adi prosedurlardır, bu səbəbdən həqiqətlər gec-tez ortaya çıxacaq.

Bunun əvəzinə nə etməli?

Bacarıqlarınızı süni şəkildə artırmaq əvəzinə, həqiqi uğurlarınızı vurğulayın. Təcrübəniz tam uyğun gəlməsə belə, bu təcrübələrin sizi vəzifəyə necə hazırladığını izah edin. İşəgötürənlər səmimiyyətə və potensiala yüksək dəyər verirlər.

Peşəkar görünüşə diqqət etməmək

"TopResume"nin araşdırmasına görə, zəif şəxsi baxım və qeyri-peşəkar geyim beşinci və altıncı ən ciddi iş görüşməsi səhvləri sırasındadır. Dış görünüşünüz sizin haqqınızda ilk təəssüratı yaradır. Uyğun olmayan geyim şirkət mədəniyyətinə uyğun gəlmədiyinizi və ya işə ciddi yanaşmadığınızı göstərə bilər.

Bunun əvəzinə nə etməli?

Geyimlə bağlı əmin deyilsinizsə, işəgötürəndən ofisdə adətən necə geyinildiyini soruşmaq tamamilə məqbuldur. Çox gözəçarpan, həddindən artıq dəbli və ya baxımsız geyimlərdən qaçının. Yaddan çıxarmayın ki, görünüşünüz peşəkarlığınızı və işə münasibətinizi əks etdirir.

Olumsuz bədən dili nümayiş etdirmək

Bədən dili çox vaxt dediklərinizdən daha çox məna kəsb edir. İşəgötürənlərə mənfi təsir göstərən bəzi davranışlar:

* Göz təmasından qaçmaq

* Qapalı bədən dili sərgiləmək (əlləri sinədə çarpazlamaq və s.)

* Tez-tez "hmm", "ııı" kimi doldurucu sözlər işlətmək

* Gərgin və narahat görünmək

Bunun əvəzinə nə etməli?

Təbii göz təması saxlayın, düz oturun və uyğun üz ifadələri istifadə edin. Həddindən artıq hərəkətlərdən (barmaqları masaya vurmaq, saatına baxmaq və s.) çəkinin. İnandırıcı bədən dili üçün güzgü qarşısında məşq edə və ya dostunuzla prova edə bilərsiniz.

Uyğun olmayan suallar vermək və ya ümumiyyətlə sual verməmək

İş görüşməsində verdiyiniz suallar işə həqiqi marağınızı göstərir. Heç sual verməmək sizi laqeyd və ya hazırlıqsız göstərə bilər. Eyni zamanda, yalnız maaş, sosial təminatlar və məzuniyyət günləri barədə sual vermək də səhvdir.

Bunun əvəzinə nə etməli?

Araşdırma etdiyinizi göstərən ağıllı suallar hazırlayın. Şirkətin məqsədləri, komanda strukturu və inkişaf imkanları haqqında suallar verin. İşəgötürənin sizə nə təklif edə biləcəyindən çox, sizin şirkətə necə töhfə verəcəyinizə fokuslanın.

Nəticə

İş görüşməsi zamanı bu yeddi səhvdən qaçınaraq peşəkar, hazırlıqlı və həqiqi maraq göstərən bir namizəd kimi tanına bilərsiniz. Düzgün davranış və yanaşma ilə işə qəbul şansınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Mart 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri