Icma.az
close
up
RU
Kondisioneri avto , yoxsa adi rejimdə işlədək?

Kondisioneri avto , yoxsa adi rejimdə işlədək?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında həm evdə, həm də avtomobildə kondisionerin istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Sərin və komfortlu mühit yaratmaq üçün bu cihazlardan istifadə edənlərin çoxu kondisioneri hansı rejimdə işlətməyin daha sərfəli olduğunu düşünür. Bəziləri kondisioneri adi (manual), digərləri isə avtomatik (avto) rejimdə istifadə edir. Amma hansının daha qənaətli və effektiv olduğu ilə bağlı fikir ayrılıqları var.

News24.az bildirir ki, metbuat.az bununla bağlı kiçik araşdırma edib. Mütəxəssislərin fikrincə, istər evdə, istərsə də avtomobildə kondisionerin “avto” rejimdə işləməsi daha məqsədəuyğundur. Bu rejimdə cihaz daxil olduğu mühitin temperaturunu və rütubətini ölçərək öz işini ona uyğun şəkildə tənzimləyir. Beləliklə, sistem istənilən temperatur səviyyəsinə daha tez çatır, stabil işləyir və artıq enerji sərfiyyatının qarşısını alır.

Adi rejimdə isə temperatur və ventilyator sürəti istifadəçi tərəfindən tənzimlənir. Bu zaman cihaz ya artıq soyudur, ya da istənilən effekti vermir. Nəticədə evdə elektrik enerjisinin sərfiyyatı artır, avtomobildə isə mühərrik daha çox yüklənir və yanacaq xərci yüksəlir. Bundan əlavə, kondisionerin tez-tez söndürülüb-yandırılması sistemin tez sıradan çıxmasına səbəb ola bilər.

Avtomobil günəş altında uzun müddət park halında qaldıqda, ilk olaraq salonun pəncərələrini açmaq, isti havanı boşaltmaq və daha sonra kondisioneri işə salmaq tövsiyə olunur. Ev şəraitində isə kondisioneri açıq qapı və pəncərələrlə işlətmək enerji itkisinə səbəb olur.

Mütəxəssislər kondisioner sistemlərinin vaxtaşırı texniki baxışdan keçirilməsini və filterlərin təmizlənməsini də tövsiyə edirlər. Bu, həm cihazın işini yüngülləşdirir, həm də elektrik və yanacaq sərfiyyatına qənaət edir.

Qeyd edək ki, kondisionerdən düzgün istifadə yalnız komfort deyil, həm də xərclərə nəzarət baxımından əhəmiyyətlidir. “Avto” rejimi isə bu işdə ən uyğun seçim hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri