Icma.az
close
up
RU
Kondisioneri avto , yoxsa adi rejimdə işlədək?

Kondisioneri avto , yoxsa adi rejimdə işlədək?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay aylarında həm evdə, həm də avtomobildə kondisionerin istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Sərin və komfortlu mühit yaratmaq üçün bu cihazlardan istifadə edənlərin çoxu kondisioneri hansı rejimdə işlətməyin daha sərfəli olduğunu düşünür. Bəziləri kondisioneri adi (manual), digərləri isə avtomatik (avto) rejimdə istifadə edir. Amma hansının daha qənaətli və effektiv olduğu ilə bağlı fikir ayrılıqları var.

Metbuat.az bununla bağlı kiçik araşdırma edib. Mütəxəssislərin fikrincə, istər evdə, istərsə də avtomobildə kondisionerin “avto” rejimdə işləməsi daha məqsədəuyğundur. Bu rejimdə cihaz daxil olduğu mühitin temperaturunu və rütubətini ölçərək öz işini ona uyğun şəkildə tənzimləyir. Beləliklə, sistem istənilən temperatur səviyyəsinə daha tez çatır, stabil işləyir və artıq enerji sərfiyyatının qarşısını alır.

Adi rejimdə isə temperatur və ventilyator sürəti istifadəçi tərəfindən tənzimlənir. Bu zaman cihaz ya artıq soyudur, ya da istənilən effekti vermir. Nəticədə evdə elektrik enerjisinin sərfiyyatı artır, avtomobildə isə mühərrik daha çox yüklənir və yanacaq xərci yüksəlir. Bundan əlavə, kondisionerin tez-tez söndürülüb-yandırılması sistemin tez sıradan çıxmasına səbəb ola bilər.

Avtomobil günəş altında uzun müddət park halında qaldıqda, ilk olaraq salonun pəncərələrini açmaq, isti havanı boşaltmaq və daha sonra kondisioneri işə salmaq tövsiyə olunur. Ev şəraitində isə kondisioneri açıq qapı və pəncərələrlə işlətmək enerji itkisinə səbəb olur.

Mütəxəssislər kondisioner sistemlərinin vaxtaşırı texniki baxışdan keçirilməsini və filterlərin təmizlənməsini də tövsiyə edirlər. Bu, həm cihazın işini yüngülləşdirir, həm də elektrik və yanacaq sərfiyyatına qənaət edir.

Qeyd edək ki, kondisionerdən düzgün istifadə yalnız komfort deyil, həm də xərclərə nəzarət baxımından əhəmiyyətlidir. “Avto” rejimi isə bu işdə ən uyğun seçim hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 İyul 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri