Icma.az
close
up
RU
Kondisionerin bu zərərləri var

Kondisionerin bu zərərləri var

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Havaların isti keçməsi həm evdə, həm iş yerində, həm də nəqliyyatda kondisionerə ehtiyacı artırır. Lakin bu cihazın yaratdığı süni sərinlik bəzən sağlamlığımız üçün təhlükəli ola bilər. Bəs bu təhlükələr nədən ibarətdir?

Tibb eksperti Abdulla Şıxlinski Metbuat.az-a açıqlamasında bildirib ki, kondisionerdən davamlı istifadə bədənin müdafiə sisteminə mənfi təsir edir:

“Soyuq hava axınını süni şəkildə yayan kondisioner həm yuxarı, həm də aşağı tənəffüs yollarının funksiyasına zərər vurur. Bu da həmin nahiyələrdə yerli immunitetin zəifləməsinə gətirib çıxarır. Belə hallarda insanlarda tez-tez faringit, bronxit, traxeit, eləcə də daha ciddi problemlərdən sayılan pnevmoniya müşahidə oluna bilər”.

Onun sözlərinə görə, kondisionerin düzgün temperaturda istifadə olunması mühüm əhəmiyyət daşıyır:

“Çox isti havalarda belə kondisionerin temperaturu 20-22 dərəcədə saxlanılmalıdır. Amma otağın sahəsi də bu baxımdan nəzərə alınmalıdır. Xroniki bronxit, astma və digər tənəffüs problemləri olan şəxslər üçün bu dərəcə 20-24 aralığında ola bilər”.

Ekspert əlavə edib ki, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar üçün kondisionersiz mühitdə yaşamaq çətin ola bilər:

“Xüsusilə də ürək ritmində pozğunluq olan, yüksək qan təzyiqindən əziyyət çəkən, ümumilikdə ürək-damar sistemində problemi olan şəxslər kondisioneri 19-20 dərəcə arasında saxlamalıdır. Amma nə qədər isti olsa da, kondisioner altında yatmaq olmaz. Bu, baş-beynin iltihabı kimi tanınan ensefalitə səbəb ola bilər ki, bu da sinir sisteminə ciddi təsir göstərir. Nəticədə insanlarda nevralgiya, nevrit və güclü baş ağrıları yaranır”.

A.Şıxlinskinin sözlərinə görə, birbaşa kondisionerin qarşısında oturmaq isə bel, boyun və kürək nahiyəsində uzunmüddətli fəsadlara yol aça bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri