Konfrans Liqası ilə erkən vidalaşan “Neftçi“ və “Zirə“ UEFA dan nə qədər qazandı?
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizəni erkən başa vuran Azərbaycan təmsilçiləri "Zirə" və "Neftçi"nin turnirdən əldə etdiyi gəlir məlum olub.
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, "qartallar" II təsnifat mərhələsində Estoniyanın "Payde" komandasına uduzaraq turnirlə vidalaşıb. Klubun qazancı II təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün ödənilən 350 min avroluq təzminatla yanaşı, iştirak etdiyi iki mərhələyə görə verilən 350 min avro (2×175 min avro) ilə ümumilikdə 700 min avro təşkil edib.
"Neftçi" isə yarışa birbaşa II təsnifat mərhələsindən qoşulub. Paytaxt klubu Belarusun "Dinamo" (Minsk) komandası ilə dueldə məğlub olaraq avrokuboklarla erkən vidalaşıb. "Ağ-qaralar" II təsnifat mərhələsində mübarizəni başa vurduğu üçün 350 min avro təzminat, iştirak etdiyi mərhələyə görə isə əlavə 175 min avro sabit ödəniş əldə edib.
Beləliklə, "Zirə"nin cari mövsüm avrokuboklardan qazancı 700, "Neftçi"nin isə 525 min avro olub.
Qeyd edək ki, göstərilən rəqəmlərə bilet satışı, sponsorluq müqavilələri və yayım hüquqlarından əldə olunan gəlirlər daxil deyil.
Söhbət yalnız UEFA-nın klublara ödədiyi rəsmi mükafatlardan gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 31 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















