UEFA Konfrans Liqası: “Zirə“ və “Neftçi“ revanş görüşlərinə çıxırlar
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin təkrar görüşləri davam edir.
Moderator.az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi meydana çıxacaq.
İlk olaraq "Zirə" Estoniyanın "Payde" klubunu qəbul edəcək.
Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Zirə" səfərdə keçirilən ilk görüşdə məğlub olub - 1:0.
Daha sonra, "Neftçi" "Dinamo Minsk"lə cavab qarşılaşmasına çıxacaq.
Bolqarıstanın Stara-Zaqora şəhərinin "Beroye" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk qarşılaşmada "Neftçi" öz meydanında 2:4 hesabı ilə məğlub olub.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
Saat 20:00. "Zirə" - Payde (Estoniya);
Saat 21:00. "Dinamo Minsk" (Belarus) - "Neftçi".
Qeyd edək ki, "Zirə" - "Payde" cütünün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün, "Neftçi" - "Dinamo Minsk" cütünün qalibi isə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 30 İyul 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















