Icma.az
close
up
RU
Konfransda oftalmologiyanın aktual problemləri müzakirə olunacaq

Konfransda oftalmologiyanın aktual problemləri müzakirə olunacaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə aprelin 28-də akademik Zərifə Əliyevanın 103 illiyinə və  Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, Tədris və Təşkilati-Metodik bölməsindən aldığımız məlumatda bildirilir. Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalmışdır. Onun elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilmişdir. Akademik Zərifə Əliyeva Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, eləcə də peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində mühüm elmi nailiyyətlər əldə etmişdir.

Akademik Zərifə xanım Əliyeva, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150-dən çox elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olan akademik Zərifə Əliyeva Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr vermişdir.

Milli Oftalmologiya Mərkəzində keçiriləcək və ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcəklər. Bununla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən də tanınmış mütəxəssislər konfransda iştirak edərək öz təcrübələrini bölüşəcəklər.

Konfransın açılış nitqinin Azərbaycan Respublikasının səhiyyə nazir Teymur Musayev tərəfindən səsləndiriləcəyi nəzərdə tutulub. Daha sonra Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin fəxri prezidenti Op. Dr. Sunay Duman çıxışları dinləniləcək.

Konfrans çərçivəsində Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı da keçiriləcək.

Konfransda “Azərbaycanda keratoplastika xidmətlərinin inkişafında Milli Göz Bankının rolu”, “Qaranlıqdan işığa – bir baxışın hədiyyəsi: potensial donordan buynuz qişa transplantasiyasına qədər uğurlu yol və perspektivlər”, “Mən nə üçün donor olmaq istəyirəm?”, “Dəlib-keçən və təbəqəli keratoplastika: göstərişlər və uzaq nəticələr”, “Dərin ön lamellyar keratoplastikadan sonra gözyaşı pərdəsində iltihabi və iltihabəleyhinə sitokinlərin qiymətləndirilməsi”, eləcə də Vito Romano (onlayn) tərəfindən təqdim olunacaq “Endotelial keratoplastikada optimal nəticələrin biomarkerləri” və digər mövzular müzakirə ediləcək. Bu mövzular həm nəzəri biliklərin, həm də praktik təcrübənin təqdim olunmasına imkan yaradacaq, elmi diskussiyalar isə oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri