“Konfransda Ermənistana ləyaqətli qayıdışın praktik addımları müzakirə olundu”
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
Konfransın moderatoru Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirlə bağlı xalqcebhesi.az-a məlumat verib: “Bu, Qərbi Azərbaycan İcmasının təşkil etdiyi III beynəlxalq konfrans idi. Konfransda əsas mövzumuz Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdışı idi. Bunun üçün hüquqi çərçivələr, hüquqi baza, mədəni irsimizin bərpası, qorunması və talan olunmuş irsin, həqiqətlərin dünyaya çatdırılması müzakirə olundu. Eyni zamanda, konfransda rekord sayda iştirakçı vardı. Xaricdən 60 ölkəyə yaxın iştirakçımız var idi, 100 fərd və onların da 4 paneldə məruzələri dinlənildi. Digər beynəlxalq praktikalarla, beynəlxalq konfliktlərlə, deportasiya olunmuş xalqlarla paralellər aparıldı və Ermənistana ləyaqətli qayıdışın praktik addımları müzakirə olundu”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















