Konqo Demokratik Respublikasında 26 milyon insan aclıq həddindədir
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Konqo Demokratik Respublikasında (KDR) təxminən 26 milyon insan aclıq həddində yaşayır.
“Report” xəbər verir ki, bu barədə Konqonun Okapi radiostansiyası BMT-nin ixtisaslaşmış qurumlarından olan və İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Təsnifatını (IPC) aparan ekspert qrupunun hesablamalarına istinadən məlumat verib.
Radio stansiyası qeyd edib ki, 26 milyondan təxminən 3 milyonu kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Mütəxəssislər KDR-in bəzi bölgələrində ərzaq təhlükəsizliyinin olmamasının səbəbləri kimi üsyançıların fəaliyyətini və hərbi əməliyyatlardan irəli gələn zorakılığı, ərzaq qiymətlərinin artmasını, qaçqın və məcburi köçkünlərin ərzaqla təmin edilməsində çətinlikləri göstərirlər.
IPC təsnifatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi vəziyyətinin göstəricisi kimi çoxsaylı beynəlxalq təşkilatlar və xidmətlər tərəfindən tanınır. Təsnifat minimal ərzaq çatışmazlığından fəlakətli aclığa qədər beş səviyyədən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 25 Noyabr 2024 07:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















