Konqo Respublikasının Prezidenti: Bütün dünya ölkələri burada təmsil olunur, bu, COP29un uğurudur
Icma.az bildirir, Apa.az portalına istinadən.
"Öncə, dostum, qardaşım Prezident İlham Əliyevi və onun hökumətini bu mükəmməl təşkilatçılıq üçün təbrik etmək istəyirəm. Bu, diqqətəlayiq bir uğurdur".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso deyib.
O bildirib ki, hamı COP29 ətrafında toplaşıb:
“COP29-a gələnlər çoxdur. Bütün dünya ölkələri burada təmsil olunur. Bu COP29-un uğurudur”.
O deyib ki, dünən Paris Sazişinin karbon məsələsinə həsr olunmuş 6-cı bəndinin qəbul olunması mexanizminə dəstəklərini bildiriblər.
“Avropa ölkələri liderlərindən gəlməyənlər olsa da, həmin ölkələri təmsil edən nümayəndələr var. Buna görə deyə bilərik ki, əsas məsələ iştirak etməkdir. Öz adımdan deyə bilərəm ki, COP29 nailiyyət əldə edib”, - deyə prezident qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















