Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 may, AZƏRTAC
Bakıda şəhərsalma sahəsindəki inkişafdan çox təsirləndik. Düşünürəm ki, bu modeldən götürüləsi çox məqam var. Belə sürətli transformasiya bizi də ilhamlandıracaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Konqonun infrastruktur və ictimai işlər üzrə dövlət naziri Aleksis Gisaro Muvunyi bildirib.
Nazir tədbiri digər ölkələrin, xüsusilə də şəhərsalma sahəsində uğur qazanmış ölkələrin təcrübəsindən faydalanmaq baxımından önəmini qeyd edib: “Bu forumdan gözləntimiz həm də Konqo Demokratik Respublikası haqqında danışmaq, investorları cəlb etmək və Afrikanın da investisiya qoyula biləcək bir məkan, bir qitə olduğunu göstərməkdir.
Ümid edirik ki, istər beynəlxalq tərəfdaşlar, istərsə də özəl sektor investorları ilə Konqo və Afrika barədə danışmaq imkanımız olacaq və onlar da həmin bölgələrə investisiya qoyacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















