Icma.az
close
up
RU
Konqresin səbri tükənir: ABŞ Dövlət katibinin müavinini Rusiyanı nə bağlayır?

Konqresin səbri tükənir: ABŞ Dövlət katibinin müavinini Rusiyanı nə bağlayır?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Uzaqdan başlayaq. Dünən Böyük Britaniyanın "The Telegraph” qəzeti qalmaqallı bir məqalə yayımladı. Məqalə ABŞ Dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Darren Bitti və onun həyat yoldaşı haqqında idi”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Kamran Cəfərov yazıb. O, daha sonra bunları qeyd edib:

"Qeyd olunur ki, Bitti 2021-ci ildə Yuliya Kirilova ilə ailə həyatı qurub. Siyasi maraq doğuran məqam isə budur ki, Kirilovanın dayısı Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan bir iş adamı olub.

Darren Bittinin siyasi baxışları və indiyədək səsləndirdiyi fikirlərə nəzər salaq:

- ABŞ dünyada "rəngli inqilablar" təşkil edir.

- Putin çox cəsarətli və güclü liderdir.

- Tayvanı Çinə təslim etmək lazımdır.

- Böyük Britaniya yoxsul və hörmətə layiq olmayan bir krallıqdır.

- NATO, ABŞ demokratiyası üçün Putindən daha böyük təhdiddir.

- Qərb institutları Putinin nəzarəti altında olsa, daha güclü olar.

2025-ci ildə vəzifəyə təyin edildikdən sonra Bittinin ilk addımı, Rusiya, Çin və İranın informasiya məkanında yaydığı təbliğat və manipulyasiyalarla mübarizə aparan mərkəzi (R/FIMI) bağlamaq oldu. Bu mərkəz Dövlət Departamentinin tabeliyində idi.

Bittini tanıdınız.

İndi isə daha bir vacib xəbəri bölüşək və sonra Konqresdə baş verənlərə keçək.

"Newsweek” xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəsmi veb saytından 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı sənədlər silinib.

Bu kimi xəbərlər çoxdur. Əgər siz ABŞ-da gedən daxili siyasi prosesləri diqqətlə izləsəniz, belə nüansların heç də təsadüfi olmadığını görərsiniz. Şübhə yoxdur ki, bütün bunlar Trampın nəzarəti və göstərişi ilə baş verir.

Trampın Putinə və Rusiyaya münasibəti hər kəsə məlumdur və gizli deyil.

Konqresə gəlincə, hazırda Konqresin hər iki palatası Respublikaçıların nəzarətindədir və de-fakto Tramp orada ciddi təsir gücünə malikdir. Demək olar ki, istədiyi qanun layihəsini qəbul etdirmə imkanına sahibdir. Məsələn, bu yaxınlarda Trampın Nümayəndələr Palatasına təqdim etdiyi büdcə layihəsi - One Big Beautiful Bill, Respublikaçılar arasında ciddi narazılıq doğursa da (hatta İlon Mask onu sərt tənqid etdi), Palata bu layihəni qəbul etdi. Bu hadisə Trampın Nümayəndələr Palatası və xüsusilə də spiker Conson üzərində güclü təsirini bir daha göstərdi.

Lakin Trampın Rusiya ilə münasibətləri məsələsində vəziyyət bir qədər fərqlidir. Bir çox Respublikaçı konqresmenlər bu məsələ ilə bağlı narahatdırlar və bu, onların Trampdan uzaqlaşdıqları azsaylı məsələlərdən biridir, bəlkə də yeganədir.

Niyə?

Çünki Konqres üzvləri yaxşı bilirlər: əgər Rusiya Ukraynada qalib gəlsə, bu, ABŞ-ın milli maraqlarına ciddi zərbə olar. ABŞ son 30 ildə Ukraynaya böyük miqdarda maliyyə və siyasi sərmayə qoyub. Bu, ABŞ-ın strateji geosiyasi maraqlarıdır və Ukraynada ABŞ-ın mövqeləri, ABŞ-ın Avropada bütövlükdə geosiyasi mövqelərinə bilavasitə təsir edir.

Ona görə də Respublikaçı konqresmenlərlə Tramp arasında bu məsələdə ciddi fikir ayrılığı var. Unutmayaq ki, konqresmenlər Tramp tərəfindən təyin edilmirlər, onlar xalq tərəfindən seçilir və belə ciddi məsələlərdə məsuliyyət daşıyırlar.

ABŞ Ukraynadakı müharibədən kənara çəkilə bilməz. Bunu son zamanlar Trampın komandasının ritorikasına baxmayaraq demək mümkündür.

Bəs bu fikir ayrılığı hara qədər gedə bilər?

İki əsas senari mümkündür:

1. Tramp Rusiyaya münasibətdə Konqresin mövqeyinə yaxınlaşacaq.

2. Yaxud da Konqres Rusiya məsələsində Trampdan uzaqlaşacaq.

Bu fikir ayrılığı pik həddə çata bilər, pik hədd, o nöqtədir ki, Konqres Trampın vetosunu aşaraq 2/3 səs çoxluğu ilə Rusiyaya qarşı Qrem–Blumental sanksiyalarını tətbiq etsin.

Prosesi diqqətlə izləmək lazımdır. Amma aydındır ki, Trampın Rusiyaya qarşı yumşaq siyasətinə qarşı Konqresdə narazılıq günü-gündən daha açıq və ucadan ifadə olunur”.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see121

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see120

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see119

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri