Icma.az
close
up
RU
Konqresmen erməni məsələri üzrə sədr müavini oldu

Konqresmen erməni məsələri üzrə sədr müavini oldu

ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin baş üzvü, demokrat Bred Şerman Konqresin Ermənistan məsələləri üzrə Komitəsinin sədr müavini seçilib.

Axar.az xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Qeyd olunub ki, ABŞ Konqresinin 100-dən çox üzvdən ibarət olan bu komitəsi Ermənistan-ABŞ əlaqələrinin gücləndirilməsi və Ermənistanla bağlı məsələlərin irəlilədilməsi ilə məşğul olur.

"Mənim üçün bu komitənin sədr müavini olmaq böyük şərəfdir. Təxminən üç onillik ərzində ABŞ-la Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsinə, ermənifobiyaya qarşı mübarizəyə və ABŞ-ın erməni icmasının maraqlarının qorunmasına həsr etmişəm. Sədr müavini kimi mən bu irsə əsaslanaraq həmkarlarımla Ermənistan və onun xalqı üçün demokratik, təhlükəsiz və firavan gələcək üçün çalışacağam", - Şerman bildirib.

seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri