Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Konqresmen, yoxsa ucuz şoumen?

Konqresmen, yoxsa ucuz şoumen?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, Nyu-Cersi ştatından konqresmen, Demokratlar Partiyasını təmsil edən Frenk Pallone adlı ermənipərəst heç bir ölçüyə sığmayan fikirlər səsləndirib. O, “X” sosial şəbəkəsində Azərbaycana qarşı dövləti cinayətləri məhkəmə vasitəsilə sübut edilən dörd erməni məhkumun “əsirlikdən azad olunmasından” məmnunluğunu ifadə edərək, guya, hələ də Bakıda saxlanılan  digər “əsirlərin” də azad edilməli olduğunu bildirib. 

***

ABŞ-Azərbaycan münasibətləri demokratların hakimiyyəti dövründə sistemli etimadsızlıq, selektiv yanaşma və siyasi ikili standartlarla yadda qalıb. Həmin dövrlər Vaşinqtonun Bakıya tərəfdaş kimi yox, daim hesabat tələb edilən, təzyiq altında saxlanılan əyalət kimi baxdığı mərhələlər idi. Azərbaycan bu selektivlikdən ən çox əziyyət çəkən ölkələrindən biri olub. Çünki Bakı müstəqil qərar verən, kənardan diktəni qəbul etməyən, regionda balans yaradan aktordur. 

Barak Obama dövrü münasibətlərin formal saxlanıldığı, lakin mahiyyət etibarilə dərinləşmədiyi mərhələ kimi yadda qaldı. Enerji layihələri məcburən davam etdirildi, çünki Avropanın alternativ mənbəyə ehtiyacı var idi. Ancaq siyasi dialoq daim şərtlərlə yükləndi. ABŞ Dövlət Departamenti Azərbaycanı regionun reallıqlarından qopararaq kağız üzərində yazılan hesabatların predmetinə çevirdi. Bu dövrdə Vaşinqton üçün əsas olan balans yox, normativ üstünlün imitasiyası idi.

Co Bayden administrasiyası bu xətti daha da radikallaşdıraraq münasibətləri institusional böhran mərhələsinə gətirdi. “907-ci düzəliş”in yenidən aktiv siyasi rıçaq kimi gündəmə daşınması, Qarabağ məsələsində balanssız ritorika, Ermənistanın destruktiv davranışlarına qarşı susqunluq Vaşinqtonun vasitəçi yox, tərəf kimi çıxış etdiyini göstərirdi. Bayden komandası regionun siyasi xəritəsini oxumaq əvəzinə, onu ideoloji şablonlara uyğunlaşdırmağa cəhd edirdi. Nəticə isə Ağ Evə etimadın aşınması oldu.

Demokratların ən təhlükəli cəhətlərindən biri Konqresin erməni lobbisinin girovuna çevrilməsi idi. Nensi Pelosi kimi fiqurların açıq haypərəst mövqeli çıxışları, onun Ermənistana səfərləri, siyasi jestləri ABŞ-ın neytral imicini ciddi şəkildə zədələdi. Bu, artıq diplomatiya yox, daxili auditoriyaya hesablanmış siyasi şou idi. Demokrat administrasiyalar erməni lobbisinin təsirini nəzarət altında saxlamaq əvəzinə, onu xarici siyasətin faktiki istiqamətləndirici amilinə çevirmişdilər. 

Respublikaçılar dövründə isə fərqli siyasi davranış müşahidə olunub. Bu partiya xarici siyasətdə reallıq, enerji təhlükəsizliyi, regional balans və terrorla mübarizə kimi prioritetlərə üstünlük verir. Bu çərçivədə Azərbaycan ideoloji obyekt yox, konkret funksiyası olan regional aktor və etibarlı tərəfdaş kimi qəbul edilib. 

***

Beləliklə, konqresmen Frenk Pallone təmsil etdiyi öz komandasının “üzünü qara çıxarmır”. “Xarici agent” maddəsi ilə həbs edilən ermənipərəst həmkarı Robert Menendez kimi Pallone də demokrat pariyanın üzvü və Nyu-Cersi ştatının konqresmenidir. Nyu-Cersi ştatı Amerika Erməni Milli Komitəsinin (ANCA) geniş fəaliyyət göstərdiyi bölgələrindən biri və separatçı “dqr”ı tanıyan ABŞ-ın 10-cu ştatıdır. ABŞ Konqresinə bu bölgədən seçilən konqresmenlərin əksəriyyəti anti-Azərbaycan mövqeyi ilə tanınırlar. Nəticə etibarilə, Frank Pallone üçün “insan haqları” anlayışı prinsipial dəyər deyil, siyasi alətdir. Onun bu mövzuda nümayiş etdirdiyi fəallığın arxasında iki əsas motiv dayanır. Birincisi, ANCA kimi radikal erməni lobbi strukturları ilə sıx maliyyə və siyasi əlaqələrdir. İkincisi isə Nyu-Cersi ştatındakı erməni seçici elektoratının dəstəyini qorumaq və daxili siyasi mövqeyini möhkəmləndirməkdir. Bu kontekstdə Pallonenin fəaliyyəti nə regional sülhə, nə də beynəlxalq hüquqa xidmət edir. O, yalnız  lobbi maraqlarının Konqresdə siyasi ruporu rolunu oynayır.

Qayıdaq  Frenk Pallonenin anti-Azərbaycan fəaliyyətinin üzərinə. Bu fəaliyyət  ABŞ-dakı erməni lobbisinin sistemli tezisləri ilə formalaşmış uzunmüddətli davranış modelidir. Bu “duetin” kökləri 2000-ci illərin əvvəllərinə gedib çıxır. Həmin dövrdən etibarən Pallone Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü tələblərini məqsədli şəkildə “təcavüzkar ritorika” kimi təqdim edir, Ermənistanın işğalçı siyasətini isə dolayı yollarla normallaşdırmağa və siyasi baxımdan ört-basdır etməyə çalışırdı. Hələ 2004-cü ildə Nümayəndələr Palatasındakı çıxışında Azərbaycana qarşı sanksiya tətbiqi çağırışı onun açıq tərəfkeş və ideoloji prizmadan yanaşdığını nümayiş etdirən ilk açıq siqnallardan biri idi.

Pallonenin Azərbaycanın suverenliyinə qarşı saymaz addımı 2017-ci ildə rəsmi Bakının icazəsi olmadan Qarabağa etdiyi qanunsuz səfəri oldu. Bu addım beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulması idi. Pallone bunu “demokratiyaya dəstək” ritorikası ilə pərdələməyə çalışsa da, faktiki olaraq separatçı rejimin beynəlxalq “imiciini” artırmaq, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və status-kvonun davamlılığını təmin etmək məqsədi güdürdü.

2020-ci il Vətən müharibəsindən sonra Pallonenin ritorikasında aqressivlik daha açıq və radikal forma aldı. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini “qeyri-qanuni hərbi əməliyyat” kimi təqdim etməsi, 2021-ci ildə isə ABŞ-ın Azərbaycana hərbi yardımlarının dayandırılması üçün fəal təbliğat aparması bu yanaşmanın davamı idi. Yəni ermənipərəst Pallonenin əsas hədəfi Qarabağ mövzusunu ABŞ siyasi diskursunda süni şəkildə “açıq yara” statusunda saxlamaq və prosesin sülhlə yekunlaşmasına mane olmaqdır.

2024-cü ildə Bakıda keçirilən COP29 konfransı Pallone üçün növbəti siyasi səhnəyə çevrildi. O, qlobal iqlim gündəminə həsr olunmuş mötəbər platformadan şəxsi və siyasi məqsədləri naminə istifadə etməyə cəhd göstərdi. Bakıya səfəri zamanı özünü “təzyiqə məruz qalan tərəf” kimi təqdim etməyə çalışan F.Pallone iqlim məsələlərini arxa plana keçirdi və tədbiri siyasi şou elementləri ilə yüklədi. Bakıdan qayıtdıqdan dərhal sonra sosial şəbəkələrdə reallığı əks etdirməyən paylaşımlar etməsi və ABŞ Dövlət Departamentini yenidən Azərbaycan əleyhinə sanksiyalar tətbiq etməyə çağırması bu davranışın davamı oldu.

İndi Konqresin üz qarası Pallone Azərbaycan tərəfindən saxlanılan separatçı silahlı qruplaşma üzvlərinin və terror fəaliyyətində iştirak etmiş şəxslərin “hərbi əsir” adı altında azad edilməsini tələb edir. Heç vaxt reallaşmayacaq bu çağırışlar Azərbaycanın müstəqil məhkəmə sisteminə, daxili hüquqi prosedurlarına və beynəlxalq hüquqi mexanizmlərə birbaşa müdaxilə xarakteri daşıyır. 

Tacir SADIQOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri