Icma.az
close
up
RU
“KONSENSUS” QARŞIDURMAYA QARŞI DÜŞÜNCƏ CƏSARƏTİ

“KONSENSUS” QARŞIDURMAYA QARŞI DÜŞÜNCƏ CƏSARƏTİ

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Samir ƏSƏDLİ

Bu gün Azərbaycan ictimai fikrinin yaddaşında işıq kimi qalan aydınlardan biri - Aydın Məmmədovun doğum günüdür. Bu ad tələffüz olunduğu anda yalnız bir insanı deyil, bütöv bir düşüncə məktəbini, bir əxlaq ölçüsünü, bir milli məsuliyyət çağırışını xatırladır. Aydın Məmmədov bu xalqın həyatında sadəcə alim və ya ictimai xadim olmadı; o, zamanın ən qaranlıq suallarına vicdanla cavab axtaran, dövrünü qabaqlayan bir fikir adamı oldu.

O, türkoloq alim kimi elmin kabinet sakitliyinə sığınıb qalmadı. Dilin, kimliyin, milli yaddaşın taleyi ilə bağlı sualları yalnız elmi mətnlərin səhifələrində deyil, cəmiyyətin içində, insanların düşüncəsində yaşatdı. Türk dünyasını romantik şüarların cazibəsi ilə deyil, tarixi məsuliyyət və gələcək vizyonu ilə dərk edirdi. Onun üçün dil yalnız ünsiyyət vasitəsi deyildi dil millətin ruhu, yaddaşı, sabaha ötürülən əmanəti idi. Bu baxış onu sıravi alimlərdən ayırır, sözün həqiqi mənasında ziyalı mövqeyinə yüksəldirdi.

Azərbaycanın mürəkkəb və ziddiyyətli siyasi mərhələsində Aydın Məmmədovun ən cəsarətli mövqelərindən biri siyasi leksikonumuza “konsensus” anlayışını gətirməsi oldu. O, bu sözü bir termin kimi yox, milli çıxış yolu kimi işlədirdi. Qarşıdurma ilə yox, anlaşma ilə; emosiyalarla yox, ağıl və məsuliyyətlə irəliləməyin mümkünlüyünü deyirdi. Milli məsələlərdə fərqli mövqelərin bir masa arxasında toplanmasının zəiflik yox, güc olduğunu anlatmağa çalışırdı. Bəlkə də elə buna görə onu hamı dərhal anlamadı. Çünki Aydın Məmmədov bu günü yox, sabahı düşünürdü və sabah haqqında danışanlar adətən bu günün rahatlığını pozur.

O, heç vaxt siyasi düşərgələrin içində rahat yerləşən fiqur olmadı. Nə iqtidarın, nə müxalifətin “adamı” sayıldı. Amma məhz buna görə hər kəsin - xalqın adamı idi. Onun sözündə tərəfkeşlik yox idi, ölçü vardı; şüar yox idi, məsuliyyət vardı. Mövqeyini kreslolara, mərhələlərə deyil, milli vicdana bağlamışdı. Belə adamlar isə zamanın səs-küyünə yox, zamanın özünə mane olur.

Biz onu çox vaxt danışan ekranlarda, düşünən sifətdə, sakit, amma dərin cümlələrdə gördük. Elə bil cəmiyyət onunla qiyabi məsləhətləşirdi. Hansı mənəvi ağrıya toxunsan, hardasa Aydın Məmmədovun fikri ilə rastlaşmaq mümkün idi. O, təkcə alim deyildi; o, narahat insan idi. Bu narahatlıq şəxsi taleyindən yox, xalqın sabahından doğurdu. Millətin mənəvi inkişafına aid elə bir sahə tapılmaz ki, onun orada deyilmiş və ya deyilmək istənən sözü olmasın.

Onun faciəli ölümü təkcə bir yol qəzası kimi yox, cəmiyyətin düşüncə həyatında açılan ağır boşluq kimi yaşandı. Xalq arasında dolaşan bir fikir təsadüfi yaranmadı: Aydın Məmmədov qəzaya uğrayanda sanki bizim “konsensus” nöqtəmiz də qəzaya uğradı və ölmədi, amma şikəst oldu. Bu cümlədə bir insanın yoxluğundan daha çox, bir ideyanın yarımçıq qalmasının ağrısı var. O, fiziki olaraq aramızdan getsə də, qoyduğu suallar, göstərdiyi yol hələ də cavab gözləyir.

Aydın Məmmədovun böyüklüyü vəzifələrində, titullarında deyildi. Onun böyüklüyü duruşunda, sözünə məsuliyyətində, fikrinə sədaqətində idi. Heç vaxt asan alqışın dalınca getmədi, populizmin cazibəsinə uymadı. Çətin həqiqətləri deməyi, çoxluğun yox, doğrunun tərəfində dayanmağı seçdi. Bu gün onun adı çəkiləndə bir nostalji yox, daha çox vicdan sızıltısı hiss olunur kaş ki, o zaman daha çox dinlənilsəydi, kaş ki, dedikləri vaxtında dəyərləndirilsəydi.

Bizim faciəmiz ondadır ki, belə insanları çox vaxt sağlığında deyil, yoxluğunda anlayırıq. Onun gedişi ilə yaranan boşluq illərlə dolmadı. Çünki bu boşluq tək bir insanın yoxluğu deyildi düşünən, birləşdirən, barışdıran bir ağlın yoxluğu idi. Biz onu sonra yeni adlarda, yeni simalarda axtardıq, amma hər dəfə yenə onun sözünə, onun qoyduğu düşüncə xəttinə qayıtdıq.

Bu gün bizə qalan onun yazdığı məqalələrdən, söylədiyi fikirlərdən də önəmlisi qoyduğu mənəvi-siyasi istiqamətdir: milli məsələlərdə birlik, fikir ayrılıqlarında hörmət, siyasətdə məsuliyyət, ziyalılıqda isə əxlaq. Zaman dəyişir, şərait dəyişir, amma bu prinsiplər köhnəlmir. Əksinə, hər yeni sınaqda daha da aktuallaşır.

Hər oğula “xalqın oğlu” demirlər. Bu ad titulla yox, taleylə qazanılır. Aydın Məmmədov bu adı sağlığında da, yoxluğunda da daşıya bildi. O, bəzən güllə ilə yox, səssizliklə, laqeydliklə, zamanın amansızlığı ilə şəhid olanlardandır.

Bu gün onun doğum günüdür. Amma bu gün sevincdən çox düşünmək günüdür. Çünki Aydın Məmmədovun həyatı da, ölümü də bizə bir sual verir: biz həqiqəti deyən insanlara sağlığında nə qədər dözə bilirik?

Ruhun şad olsun, Aydın bəy. Sən bu xalqın yaddaşında bir tarix yox, hələ də davam edən, hələ də düşündürən bir hadisə olaraq qaldın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri