Icma.az
close
up
RU
BİZİM TƏQVİM:26 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 mayda baş vermiş tarixi hadisələr

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1827-ci ilin bu günündə  Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Azərbaycanın Naxçıvan şəhərini işğal edib. Bundan sonra Rusiya ordusu İrəvana, ardınca isə Təbriz, Urmiya və Ərdəbilə daxil olub. Müharibə 1828-ci ildə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatıb.
Bəs, mayın 26-da dünyada daha hansı hadisələr baş verib?
1. 26 may 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxıb. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub.
Həmin gün Gürcüstanın müstəqilliyi elan edilib. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi.
2. 26 may 1944-cü ildə Nuri Demirağın fabrikində hazırlanan ilk yerli Türkiyə sərnişin təyyarəsi İstanbuldan Ankaraya ilk uçuşunu həyata keçirdib.
3. 26 may Qayana respublikasının milli bayramıdır. Cənubi Amerikanın şimal-şərqindəki bu dövlət 1966-cı ilin bu günü istiqlaliyyətini elan edib. O zamana qədər bu torpaqlar Britaniya Qvianası adı ilə Böyük Britaniyanın müstəmləkəsi idi. 
4. 26 may 2003-cü ildə Əfqanıstanda hərbi xidmətdə olan İspaniya Sülh Qüvvələri əsgərlərini daşıyan Ukrayna Hava Yollarına aid təyyarə Türkiyənin Trabzon şəhərinin Maçka qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Nəticədə 13 heyət üzvü, 62 əskər olmaqla 74 nəfər həlak oldu.
5. 2006-cı ilin 26 mayında İndoneziyanın Yava (Java) adasında 6,3 bal gücündə zəlzələ baş verib: 5800 nəfər həyatını itirib, 38 min adam yaralanıb, 600 mindən çoxu evsiz qalıb.
6. 26 may 2009-cu ildə Gədəbəy qizil-mis emali zavodu fəaliyyətə başlayıb. Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub. 1864-1917-ci illərdə burada dağ-mədən işləri aparılıb. Həmin dövrdə yataqda mis filizinin hasilatı ilə məşğul olan Almaniyanın “Siemens” şirkəti təxminən 2 milyon ton filiz çıxarmışdı.
26 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 1512-ci ilin bu günü Osmanlı imperatorluğunun 8-ci sultanı, II Mehmetin oğlu və I Səlimin atası II Bayezid vəfat edib. (1447-1512)
2. XIX əsrdə Əlcəzayir xalqının Fransa boyunduruğuna qarşı mübarizəsini təşkil edən ərəb əmiri, din xadimi, sərkərdəsi və xalq qəhrəmanı Əbdülqədir əl-Cezayiri 1883-cü ilin 26 mayında dünyadan köçüb. (1808-1883)
3. Tanınmış Azərbaycan ədəbiyyatşünası, publisist Vəli Xuluflu 1894-cü ilin bu günü anadan olub. Uzun müddət mətbuatda və elmi-tədqiqat institutlarında çalışıb. 
4. Azərbaycan alimi, maarifçi demokrat Məhəmmədəli Tərbiyət 1877-ci il 26 mayda Təbrizdə anadan olub.  Maarifçi demokrat 1911-ci il Səttarxan hərəkatının süqutundan sonra Berlin və İstanbula gedib.
M.Tərbiyət qədim dövrlərdən 20-ci əsrin 30-cu illərdinədək yazıb-yaratmış azərbaycanlı alim, şair, yazıçı, rəssam, nəqqaş və musiqiçilər haqqında geniş məlumat verən “Danişməndani-Azərbaycan” əsərini yazıb. Onun Cənubi Azərbaycan coğrafiyasında dair də əsərləri var. (1877-1940)
5. Türkiyədə “stand-up” ənənəsini başladan, aktyor və radio-televiziya aparıcısı Orhan Boran 2012-ci ilin 26 mayında dünyasını dəyişib. (1928-2012) 
6. 26 may 1914-cü ildə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olub.  O, "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və digər romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.
7. 1941-ci ilin bu günündə diktor, Xalq artisti Ofeliya Sənani anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 May 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri