Konstantinopolda qırğın gedir... “Döyüşçülərimiz əsl əzm möcüzələri göstərir...“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın Donetsk vilayətinin Konstantinopol şəhərində şiddətli döyüşlər davam edir. Ərazi Pokrovskın müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir.
Moderator.az "TSN" kanalına istinadla xəbər verir ki, bu barədə mediaya hərbi icmalçı Boqdan Miroşnikov məlumat çatdırıb.
"Konstantinopolda qırğın davam edir. Oradakı taktiki vəziyyət bizim xeyrimizə deyil, amma döyüşçülərimiz əsl əzm və iradə möcüzələri nümayiş etdirirlər!" – müşahidəçi açıqlamasında bildirib.
O qeyd edib ki, Ukraynanın dəniz piyadaları, desantları və mexanikləşdirilmiş bölmələri Rusiya işğalçıları qarşısında çox mətin və cəsarətlə dayanırlar.
Miroşnikovun sözlərinə görə, bu sahədə uzun müddət idarəçilikdə xaos hökm sürürdü. İndi bir az düzəltməyə başlayıblar, amma hələ tam deyil. Axı Andreyevkadan gələn rus işğalçıları artıq Alekseyevkanın yanına çatıblar.
"Bu ərazi, o cümlədən Pokrovskın müdafiəsi üçün, eləcə də Volçya və Solena çayları arasındakı ərazi böyük əhəmiyyət kəsb edir", - deyə icmalçı vurğulayıb.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Mart 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















