Putin kilsədə: Döyüşçülərimiz Rəbbin müqəddəs missiyasını yerinə yetirir
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Vladimir Putin yanvarın 7-nə keçən gecə, Rusiyada rəsmi Milad bayramı qeyd olunan vaxt kilsədə hərbçilər və onların ailələri ilə görüşüb. Orada o, rus əsgərlərinin "Rəbbin müqəddəs missiyasını" yerinə yetirdiklərini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu məlumat Rusiya Prezidentinin rəsmi saytında dərc olunub.
Məlumatda qeyd olunur ki, Putin gecə saatlarında Moskva ətrafındakı Müqəddəs Georgi kilsəsində ibadətdə iştirak edib, xidmət başa çatdıqdan sonra isə oradakılarla söhbət edib. Saytda yerləşdirilən videoda Putinin bir qrup insanın, o cümlədən hərbi formalı kişilərin əhatəsində olduğu görünür. O, hərbçilərə, onların həyat yoldaşlarına və azyaşlı uşaqlarına müraciət edib.
"Bu gün biz Milad bayramını qeyd edirik. Biz Rəbbi çox vaxt Xilaskar adlandırırıq, çünki o, bütün insanları xilas etmək üçün yer üzünə gəlib. Rusiyanın döyüşçüləri də hər zaman sanki Rəbbin tapşırığı ilə məhz bu missiyanı — Vətəni müdafiə etmək, vətəni və onun insanlarını xilas etmək missiyasını yerinə yetirirlər", deyə Rusiya lideri bildirib.
Uşaqlara müraciət edərək o, müharibəyə gedən valideynləri ilə fəxr etməli olduqlarını deyib:
"Rusiyada bütün dövrlərdə öz döyüşçülərinə məhz belə — sanki Rəbbin tapşırığı ilə bu müqəddəs missiyanı yerinə yetirən insanlar kimi yanaşıblar".
O, həmçinin gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsində Rusiya Pravoslav Kilsəsinin (RPK) "unikal töhfəsini" qeyd edib. Onun sözlərinə görə, dini təşkilatlar Rusiyada "xüsusi hərbi əməliyyat" adlandırılan Ukraynaya qarşı müharibənin iştirakçılarına və veteranlarına daim dəstək verirlər.
Xatırladaq ki, siyasi elmlər doktoru Pavel Lisyanski Rusiya Pravoslav Kilsəsinin Rusiyanın Ukraynaya qarşı apardığı hibrid müharibə strategiyasının ayrılmaz hissəsi olduğunu bildirib. Lisyanski vurğulayıb ki, rus keşişləri hərbi təcavüzə fəal şəkildə cəlb olunur — silahları xeyir-dua ilə təqdis edir, döyüş əməliyyatlarında iştirak edirlər. Həmçinin Ukrayna ruhanilərinə qarşı işgəncə, qətl və digər cinayətlər qeydə alınıb.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Yanvar 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















