Icma.az
close
up
RU
Konstitusiya dəyişikliyi sülh üçün vacibdir ŞƏRH

Konstitusiya dəyişikliyi sülh üçün vacibdir ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Paşinyan bununla həm sülhə, həm də daxili legitimliyə nail olmaq istəyir

Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq hüququ və bu çərçivədə yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb. Paşinyan deyib ki, o, yeni Konstitusiyanın qəbulu ilə ifadə edilməli olan daxili legitimliyi gücləndirməyi fundamental hesab edir.

Baş nazir ölkədə Konstitusiya referendumunun 2026-cı il parlament seçkilərindən sonra baş tutacağını bildirib. Onun sözlərinə görə, seçkilərdən sonrakı proses siyasi qüvvələrə Konstitusiya ilə bağlı mövqelərini cəmiyyətə təqdim etmək imkanı verəcək. Sonda çoxluq qazanan siyasi qüvvənin mövqeyi yeni Konstitusiya layihəsinin formalaşmasında həlledici rol oynayacaq. "Tasnim" agentliyi yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya referendumunu 2026-cı il seçkilərinə qədər təxirə salmaqla Azərbaycanla sülhə hüquqi maneələri aradan qaldırmağa çalışır. Nəşr bildirib ki, Paşinyan seçkidə qələbəsini təmin edib, daha sonra konstitusiyaya dəyişikliklər etməklə ərazi iddiaları ilə bağlı müddəaları sənədlərdən çıxarmağı düşünür. Bununla o, sözügedən addımın xalqın iradəsi olduğunu əsaslandıracaq. Nəşr yazıb ki, dəyişikliklər Azərbaycan və Türkiyənin iradəsi ilə həyata keçirilir. Qeyd olunub ki, N.Paşinyan Konstitusiya referendumuna getməklə "Böyük Ermənistan" xülyasından və ermənilərin iddia etdikləri "tarixi ərazilərdən" imtina edəcək. 

Millət vəkili Zaur Şükürov Sherg.az-a deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və qardaş Türkiyəyə ərazi iddialarının yer alması bilavasitə Ermənistanın gələcək dövlətçiliyi üçün bir təhlükədir. Deputatın sözlərinə görə, Ermənistan rəsmilərinin Konstitusiya dəyişikliyini Azərbaycanın tələbi ilə icra etdiklərini etiraf etməmələri təbiidir:

"Ancaq beynəlxalq platformalarda həm ölkə rəhbərliyi, həm də digər rəsmilər tərəfindən davamlı olaraq vurğulanır ki, sülhün qarşısındakı əsas maneə məhz Ermənistan Konstitusiyasında, onun Preambulasında yer almış ərazi iddialarıdır. Bunlar mütləq aradan qalxmalıdır. Nikol Paşinyan Konstitusiya dəyişikliyinin 2026-cı ildə seçkilərdən sonra keçiriləcəyini deyir və bu, mümkündür. Paşinyan hökuməti seçkidə qələbə qazanarsa, referendum keçirməklə Konstitusiya dəyişikliyinə gedə bilər. O zaman sadəcə Azərbaycanın Konstitusiyada ərazi iddiaları ilə bağlı tələbi aradan qaldırılmaz, eyni zamanda Paşinyanın "daxili legitimliyi gücləndirməsi" məsələsi də həll olunar. Ola bilsin, Konstitusiyada Paşinyan iqtidarının gələcəkdə daha rahat şəkildə fəaliyyətinə maneə törədə bilən hansısa müddəalar var. Məsələn, Erməni Apostol Kilsəsi ilə bağlı Konstitusiyanın 7 və 8-ci maddələrində bəzi məqamlar əks olunub. 7-ci maddədə qeyd olunur ki, "Ermənistan dövləti dindən ayrıdır", 8-ci bənddə isə vurğulanır ki, "Erməni Apostol Kilsəsi erməni vətəndaşların mədəni inkişafında və onların milli identikliyinin qorunmasında mühüm rol oynayır". Konstitusiyanın digər müddəasında Ermənistan dövləti və Kilsə tərəf kimi qeyd olunur. Bu da Kilsənin nüfuzundan və gələcəkdə proseslərə təsir göstərmək gücündən, imkanından xəbər verir".

Parlamentari qeyd edib ki, Kilsə erməni cəmiyyətinin yönləndirilməsində mühüm rola sahib olub: "Ermənistandakı revanşist qüvvələrin aktivləşməsində, cəmiyyətin beyninin yuyulmasında əsas missiyanı məhz Kilsə oynayıb. Ona görə də Paşinyan iqtidarı Kilsəni özünə ciddi maneə görür və Konstitusiya dəyişikliyində sözügedən müddəaların müəyyən qədər yumşaldılması nəzərdə tutulur. Təbii ki, digər məsələlərdə də dəyişiklik ehtimalı var. Ancaq ilk növbədə Ermənistan dövlətinin təhlükəsizliyinə ciddi təhdid sayılan ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması zəruridir. 8 avqustda Vaşintonda keçirilən görüşdən və imzalanmış sənədlərdən sonra ABŞ prezidentinin bu məsələni daim diqqətdə saxladığı, nəzarət etdiyi şübhəsizdir. ABŞ rəsmilərinin regiona səfəri də Vaşinqtonun sülh prosesində ciddi olduğuna dəlalət edir. Paşinyan hökumətinin bunu nəzərə alaraq Konstitusiyada dəyişiklik etməsi zəruridir ki, paraflanmış sülh sazişi imzalansın". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri