Icma.az
close
up
RU
Konstitusiya dəyişikliyi üçün referendum nəzərdən keçirilə bilər

Konstitusiya dəyişikliyi üçün referendum nəzərdən keçirilə bilər

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan bununla 2025-ci ildə müdafiə və təhlükəsizlik üzrə doktrinasının mərkəzi xətlərini gücləndirən addımlara gedəcək


Xəbər verdiyimiz kimi 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. 

Vurğulanıb ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb. Öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib: "1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarıb. Dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmayıb, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmayıb. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı". Bildirilib ki, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib: "Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilib, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilib. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".  


Siyasi təhlilçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan bununla 2025-ci ildə müdafiə və təhlükəsizlik üzrə doktrinasının mərkəzi xətlərini gücləndirən addımlara gedəcək. Ekspertin sözlərinə görə, ehtimal ki, Azərbaycanın Hərbi Doktrinasının, Milli Təhlükəsizlik Konsepsiyasının yeni redaksiyada işlənib hazırlanması və onun qəbulu baş tutacaq: 

"Azərbaycan ona qarşı olan qüvvələrin ambisiyalarını əhəmiyyətsiz hala gətirməkdən ötrü çəkindirmə konsepsiyasının praktiki təzahürlərini göstərəcək. Azərbaycan sübut olunmuş qətiyyətinin davamı olaraq müdafiə imkanlarını böyütməkdən ötrü əhəmiyyətli xərclər tələb edən güclü manevr qüvvələri əldə edəcək. Azərbaycanın 2025-ci ildə Qazaxın yerdə qalan 3 kəndi və Naxçıvan Muxtar Respublikasına məxsus olan Kərki kəndini geri qaytarmağa nail olmaq hərəkətlərini intensivləşdirəcək. Proqnozlaşdırıla bilər ki, Ermənistanın baş verən hadisələrdən dərs çıxarmayacağı, sülh gündəmini kənar təsirlərlə məşğul edəcəyi təqdirdə Azərbaycanın “uzun mənzilli həmlələr” gerçəkləşdirəcəyi istisna deyil. Bütün bunların Zəngəzur dəhlizi ilə əlaqədar tənliklərin həlli istiqamətində effektiv uyğunlaşdırılması Bakının prioritetlərində ön planda dayanacaq". 

Analitikin fikrincə, nəticədə Azərbaycan regionda proqnozlaşdırılan inqilabi dəyişiklikləri strateji gündəmində rəhbər tutaraq, maraqlarını regional konyunkturanın şərtləri əsasında strateji olaraq şəkilləndirəcək: 

"Türkiyə ilə böyük güclərin hesablamalarını əhatə edən məxfi hesabatlar hazırlayıb, bunlardan yola çıxaraq Yaxın Şərqdə də problemli mahiyyətlər fonunda oyunçuluq statusunu yüksəldəcək. Azərbaycan Konstitusiyasında təsbit edilən regional idarəetmə formasının dəyişdirilməsi istiqamətində sənədlər hazırlana bilər. Üstəlik, Naxçıvan Muxtar Respublikasının statusuna baxılması məsələsi Zəngəzur dəhlizi ilə əlaqədar proseslərin fonunda qiymətləndirilə bilər. Bu baxımdan düşünmək olar ki, Azərbaycan mümkün Konstitusiya dəyişikliyi üçün referendumu nəzərdən keçirə bilər". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri