Icma.az
close
up
RU
“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır”

“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır”

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi 19” ünvanında yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzi və Baytarlıq işçiləri ərazi partiya təşkilatlarında “Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdulllayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Sərəncamda göstərildiyi kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.

Rayon təşkilatının sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Füzuli Abdullayev tarixə nəzər salaraq Azərbaycanın ali qanunvericilik aktı, əsas qanunu olan Konstitusiyanın Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını təşkil etdiyini, təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ideyalarının rəmzi olduğunu bildirib. Bu sənədin Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin, siyasi qətiyyətinin və dövlətçilik düşüncələrinin sayəsində ərsəyə gəldiyini söyləyib.

Təşkilat sədri vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bir daha şahid olduq ki, 30 ildən sonra şəhidlərin qanı yerdə qalmadı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha bərpa etdi. Azərbaycan bütün dünyaya öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən bəyan etdi. Buna görə biz suveren Azərbaycanın xoşbəxt vətəndaşlarıyıq.

Daha sonra çıxış edənlər bildiriblər ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin istər yerli, istərsə də beynəlxalq aləmdə qazandığı nailiyyətləri, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan şərəfli, əlamətdar bir tarixi hadisədir. Prezident İlham Əliyev tərəfindən verilən bu qərar müstəqil Azərbaycanın qüdrətini, gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin bariz nümunəsidir.

Sonda yubiley yaşlarının tamam olması münasibətilə rayon təşkilatının ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətlərinə görə ərazi partiya təşkilatı sədrləri YAP Ağsu rayon təşkilatı tərəfindən təltif olundular.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see268

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see233

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri