Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil olunub

“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya suverenlik və müstəqillliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Hüquq və insan haqları İnstitutu” publik hüquqi şəxslərin Hüquq tədqiqat şöbəsinin hüquqi tədqiqatçısı Araz Abdullasoy, AMEA-nın Folklor İnstitutunun “Gənc alim və mütəxəssislər” şurasının sədri Səadət İbrahimli, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Texniki Universitetin, İlahiyyat İnstitutunun və digər ali təhsil müəssisələrinin, müxtəlif tələbə-gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova Azərbaycan xalqının dövlət suverenliyinin, dövlətçilik ənənələrinin qorunması və ərazi bütövlüyü uğrunda apardığı mübarizə yolundan danışaraq, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı qanunvericilik islahatların əsasını təşkil etdiyini bildirib. O, həmçinin öz çıxışında Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlər, hazırlanan materiallar - elektron məlumat bazası, biblioqrafik vəsaitlər, multimediya məhsulları haqqında da geniş məlumat verib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin istər yerli, istərsə də beynəlxalq aləmdə qazandığı nailiyyətləri, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan şərəfli, əlamətdar bir tarixi hadisədir. Prezident İlham Əliyev tərəfindən verilən bu qərar müstəqil Azərbaycanın qüdrətini, gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin bariz nümunəsidir.

“Konstitusiya-gənclərin dövlətçilik təfəkkürünün mənbəyi” mövzusunda çıxış edən hüquqşünas Araz Abdullasoy tarixə nəzər salaraq Azərbaycanın ali qanunvericilik aktı, əsas qanunu olan Konstitusiyanın Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını təşkil etdiyini, təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ideyalarının rəmzi olduğunu bildirib. Bu sənədin Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin, siyasi qətiyyətinin və dövlətçilik düşüncələrinin sayəsində ərsəyə gəldiyini söyləyib.

Səadət İbrahimli “Ədalət günəşi altında müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, xalqın rifahının, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali məqsədlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası roluna malik olduğunu bildirib. Sonda gənclərə müraciət edərək bu gün dünya arenasında öz mənafeyini qoruyan, beynəlxalq səviyyədə yüksək nüfuza sahib olan suveren, müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, uzun illər düşmən əsarətində olan əzəli və əbədi torpaqlarının geri qaytarılmasında canını fəda etmiş qəhrəman oğullarımızın həyat hekayəsinin, keçdiyi şərəfli qəhrəmanlıq yolunun hər bir azərbaycanlı üçün nümunə olduğunu və onların əziz xatirəsinin qəlblərdə daim yaşayacağını söyləyib.

Tədbirdə Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Dövlətçilik və suverenlik dəyərlərinin qorunması - Müasir dövlət quruculuğu” adlı videomaterial nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri