Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” münasibətilə Moldovanın Milli Tarix Muzeyində foto sərginin açılışı olub

“Konstitusiya və Suverenlik İli” münasibətilə Moldovanın Milli Tarix Muzeyində foto sərginin açılışı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişineu, 29 sentyabr, AZƏRTAC

Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli” münasibətilə Moldovanın Milli Tarix Muzeyində foto-sərginin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Parlamentinin deputatı, Moldova XİN-in nümayəndələri, Moldovada akkreditə olunmuş diplomatlar və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinin və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Səfir sərgidə nümayiş etdirilən şəkillər arasında Bakının 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Ordumuzun Vətən müharibəsində parlaq qələbəsini, eləcə də ölkəmizin inkişafını əks etdirən fotoların yer aldığını diqqətə çatdırıb.

Muzeyin direktoru Eugeniu Sava və deputat Vitali Jakot çıxışlarında konstitusiyanın hər bir ölkənin inkişafında mühüm rol oynadığını qeyd edərək, sərginin paytaxt Kişineu şəhərinin sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanacağını bildiriblər.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri