Icma.az
close
up
RU
Konstitusiyamız Azərbaycan xalqının rifahına xidmət edir

Konstitusiyamız Azərbaycan xalqının rifahına xidmət edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirən ölkənin ana qanunlar toplusu olan müstəqil ölkəmizin Konstitusiyası inkişafımıza, tərəqqimizə yol açmaqla yanaşı  dövlət quruculuğu prosesinə təkan verdi. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Konstitusiyanın qəbul edilməsi müstəqiilik tariximizin ən böyük hadisələrindən biri oldu. Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Müstəqil dövlətimizin  yeni Konstitusiyasının qəbul olunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında danılmaz xidmətlərindən biridir.

Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin demokratik modeli qanunla təsdiqlənməlidir. Buna görə də, milli adət- ənənələrə və reallıqlarına əsaslanan Konstitusiyada xalqın suveren iradəsi hakimiyyət mənbəyi elan edildi. Ən əsası, Konstitusiya cəmiyyətin bütün təbəqələrinin mənafelərinin tarazlığını hüquqi əsaslarla qoruyan sosial konsensusun fundamental  özülünü yaratdı. Təsadüfi deyil ki, Konstitusiyanın maddələrinin üçdə biri insan hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir. 

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O qeyd edib ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən təkcə ümumbəşəri dəyərlər və ənənəvi hüquqi dövlət ideyaları deyil, həm də bu ideyaların milli maraqlara əsaslanaraq inkişafında müasir tendensiyalar da nəzərə alındı. Azərbaycanın tarixi keçmişindən qaynaqlanan dövlətçilik ənənələri və milli-mənəvi dəyərləri ilə zənginləşdirildi. Ölkə Konstitusiyasının preambulasında qeyd olunduğu kimi, Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, hamının rifahını təmin etmək istəyən, ədaləti, azadlıq və təhlükəsizliyi bərqərar etməklə, keçmiş qarşısında məsuliyyətini dərk edərək, indiki və gələcək nəsillər öz suveren hüququndan istifadə edərək, ümumxalq səsverməsi - Konstitusiya üzrə referendumla qəbul edilir.

Əsas Qanun təkcə Cənubi Qafqazda və postsovet məkanında deyil, həm də dünyada ən demokratik Konstitusiyalardan biri hesab olunur. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi kursunun strateji və taktiki vəzifələrinin həllində, sosial islahatların aparılmasında, dövlət proqramlarının hazırlanmasında başlanğıc nöqtəsi oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratdı.

Yeni Konstitusiyasının qəbulu ilə uğurla həyata keçirilən daxili və xarici siyasət sayəsində demokratik proseslər başlanmış, iqtisadiyyat dinamik inkişaf etmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırdı. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır, ictimai həyatın bütün sahələri yenilənir, beynəlxalq standartlara cavab verən informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur, insanların rifahı yüksəlir.

Deputat yekunda bildirib ki, son illər ölkədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları da ölkədə iqtisadi proseslərin dərinləşməsinə, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsinə, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə yönəlmişdir. 

Bir sözlə, ümumbəşəri dəyərlərə söykənən Azərbaycan Respublikasının Konstitusiyası bu gün böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının rifahına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri