Icma.az
close
up
RU
Konstitusiyasını düzəltsin, gəlsin, sülh sazişini imzalayaq”

Konstitusiyasını düzəltsin, gəlsin, sülh sazişini imzalayaq”

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Paşinyanın bu məsələyə toxunması onu deməyə əsas verir ki, ermənilər anlayırlar ki, Azərbaycan torpaqlarında dövlət qurublar. Onlar başa düşürlər ki, Demokratik Cümhuriyyətin ərazilərindən 20.000 kvadrat kilometr indi Ermənistan ərazisi olub. Bu necə olub, hansı qanunla olub, bunu biz bilmirik. Yaxud da bilirik, sadəcə olaraq bilirik ki, bu qanunsuz, zorakılıqla olub”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında hüquqşünas Əli Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın İTV-yə müsahibəsi zamanı "Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var" sözlərini şərh edərkən bildirdi.

“Deməli, onlar bunu anlayır və başa düşürlər. Onların bu məsələ ilə bağlı bizə irad tutmağa əsasları yoxdur. Çünki biz o qanunda deməmişik ki, Ermənistana və ya Gürcüstana ərazi iddiamız var. Biz sadəcə orada həmin dövlətin varisi olduğumuzu deyirik. Məntiqi olaraq da onlar bu ölkənin ərazilərini bilirlər. Çox gözəl, qoy bilsinlər. Elə o "Damokl qılıncı" kimi başının üstündən asılıb qalsa, yaxşıdır. Amma ümumilikdə götürsək, Ermənistan deyir ki, biz sazişlə razıyıq, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Orada söhbət Sovet Azərbaycanından və Sovet Ermənistanından gedir. Xüsusilə də Alma-Ata Bəyannaməsinə toxunur. Amma oradakı qanunları pozan 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsi var. Həmin bəyannaməyə istinadla hazırlanan 1995-ci il Konstitusiyası var. Artıq bu, onların problemidir".

Hüquqşünas qeyd etdi ki, ermənilər bəri başdan bizə ərazi iddiaları irəli sürüblər, onu isə aradan qaldırmalıdırlar.

"İndi o, başqa məsələdir ki, Paşinyan onu edə bilmir, qarşıdan seçki gəlir, müəyyən sıxıntıları var. Erməni cəmiyyətində hələ də faşizm ideologiyası var. Onlar hələ də Azərbaycan torpaqlarına iddialar irəli sürürlər və s. Bu isə onun problemidir. Biz isə, enində-sonunda, haqlıyıq. Bu məsələləri qanunvericilikdə tənzimləsələr, barışıq üçün şərait yaranır. Biz də barış istəyirik. Hər hansı bir ərazimizə iddia olarsa, xüsusilə bu, Konstitusiya üzərindən olarsa, birmənalı olaraq rədd edirik. Top onun meydançasındadır. Konstitusiyasını düzəltsin, gəlsin, sülh sazişini imzalayaq”, - deyə Əli Mustafa vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri