Icma.az
close
up
RU
“Kontakt Home” Hoffman, Soliton şirkətləri alıcıları necə aldadır?

“Kontakt Home” Hoffman, Soliton şirkətləri alıcıları necə aldadır?

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Bildiyiniz kimi illərdir elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları bütün şirkətlərdə adi hala çevrilib.
Bunun bir səbəbi var, bizdə elektronika mağazalar şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhdəliyi qoyulmur.
Bildiyiniz kimi istər məişət əşyası, istərsədə mobil telefon, planşet, komüter aldıqda məhsula minimum 1 il, markasından asılı olaraq bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur, lakin zəmanət 3 cür olur: rəsmi zəmanət (istehsalçı tərəfindən verilən rəsmi zəmanət), mağaza zəmanəti (məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət), servis zəmanəti (mobil telefon, kompüter, məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət).
Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn tutaq ki, siz LG brendinə məxsus paltaryuyan alırsız. Rəsmi zəmanət o deməkdir ki, LG şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki, məhsulda texniki problem çıxma ehtimalı çox azdır. Texniki problem çıxsa belə brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir.
Elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa, onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir, qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində bütün problemlərin kökündə məhz bu məqam dayanır.
Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur. Yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər. İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar hətta 1 ildən 5 ilə qədər bəzi brendlərdə 10, 15, 20 ilə qədər müddət ərzində mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa, yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur.
Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsanız, onun üzərində mühərrikə brenddən asılı olaraq 10, 15, 20 il zəmanət sözlərini görə bilərsiniz. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa, nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz edilmir ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır, yalnız müştəri şikayət etdikdən sonra ən “yaxşı” halda servisdə məhsulu təmir edirlər.
Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni məhsulun hardan gətirildiyi məlum deyil. Bu sahədə əvvəllər işlədiyim üçün deyə bilərəm ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdiri mağaza rəhbərliyinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar. Ona görə heç vaxt vitrində olan məhsulu almayın, iri məişət texnikası alırsınızsa, mütləq məhsulun anbardan göndərilməsini tələb edin. Diqqətli olun, vitrin məhsuluda qutuya qoyulub anbardan gəlmiş məhsul kimi göndərilə bilər.
Xırda məişət texnikası və mobil telefon alırsızsa, mütləq bağlı qutu alın, gözünüzün qabağında açılsın. Alan zaman məhsulun işləməsini yoxlayın.
Mobil telefonlarda xüsusi ilə ehtiyyatlı olun müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir müştəri heç nədən şübhələnmir. Belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəniz telefonu servisə göndərib, üzərinə cızıq atıb telefonu guya bir günün içində cızmısınız deyib nə yenisi ilə əvəzləyib nədə geri qaytarmayacaqlar. Məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya telefon əldən düşüb xaricdən zərbə alıb “rəy”i verəcəklər.
Elektronika şirkətlərinin “Bürünc zəmanət”, “Gümüş zəmanət”, “Qızıl zəmanət” kimi absurd oyunları var. Bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil. Yəni “Qızıl zəmanətli” məhsuluda onsuzda yenisi ilə əvəz edib nədə geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib.
Satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar. Yəni hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə satış məsləhətçiləri o brendin məhsulunu satırlar ona görədə məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın.
Təəssüfki nəyinki elektronika sahəsində ümumiyyətlə bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur. Yəni aldığınız məhsul haqqında araşdırma aparın hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə o şirkətdən heçnə almayın.
Təəssüfki həm şikayət edib həmdə o şirkətdən məhsul alırsınız.
Elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun məsələn, “Kontakt Home” Hoffman, Soliton şirkətinin Riffel adı altında satdığı məhsullar varki belə bir brendlər dünyada mövcud deyil, bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır.
Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, təssüfki Antiinhisar və İstehlak Bazarına Nəzarət Palatası belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum “İrşad Electronics”lə bu gündə məhkəmə çəkişməsindədir.
Ümid edirəm ki, bizdə də bütün dünyada olduğu kimi elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.(ictimairey.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri