Icma.az
close
up
RU
Kontakt home insanları necə aldadır? Sevil Gültənin soyuducusunu...

Kontakt home insanları necə aldadır? Sevil Gültənin soyuducusunu...

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Sevil Gültənin yazısını təqdim edir.

Bir məsləhətim var. Bankdan kredit götürəndə, yaxud mağazadan kreditlə məhsul alanda müqaviləni imzalamazdan əvvəl oxuyun. Adətən çox kiçik şriftlə yazırlar ki, müştəri oxuya bilməsin, bu halda tələb edin ki, özləri oxusunlar. Bir sözlə, müqavilədə nə yazıldığına əmin olmamış imza etməyin.

İndi də başıma gələnləri yazım. Kənddəki evimizdə soyuducum yox idi. Mən süd-qatığı, əti-yağı kənddən alıram. Ona görə də çox çətinlik çəkirdim. Aldıqlarımın yarısını bacımgilin soyuducusuna, yarısını qardaşımgilin soyuducuna qoyurdum. Şəhərə qayıdanda taksi sürücüsünə deyirdim gedək, filankəsgildən filan şeyi götürək, sonra gedək filankəsgilə. İki il əvvəl kreditlə soyuducu götürdüm . “ Kontakt Home” dən. Rayondakı mağazalarda da soyuducu satılır. Çox vaxt daxili kreditlə olur deyə ordan almadım. “ Kontakt” məhsulları pulsuz çatdırır bizim rayona. ( Göyçayda anbarları var)


2023-cü ilin avqust ayında mağazanın “ İnşaatçılar” filialından “ Hoffmann” markalı soyuducu götürdüm kreditlə. Ən ucuz “ No frost” o soyuducu idi. İndiki ağlım olsaydı, buzlayan soyuducu ( bu soyuducular bir az ucuz olur) alardım, ayda bir dəfə kəndə gedirəm, "no frost" olub-olmamağı vacib deyil.

Məhsulları nağd alanda qiymət ucuz olur, kreditlə alanda baha. Bu soyuducunun da qiyməti deyəsən 800 (ola bilər cüzi fərq olsun) idi, kreditlə təxminən 1100-ə başa gələcəkdi. 18 aylıq kreditlə. Hər ay 59 manat ödəyəcəkdim. Mən kredit götürəndə heç vaxt gecikdirməmişəm, həmişə vaxtından əvvəl ödəmişəm . Bu soyuducunun kreditini sentyabrdan ödəməyə başlamalıydım, mən isə elə soyuducunu aldığım gün, yəni avqustun 18-də 60 manat ödədim ki, kreditin üstündən gedir.

Müqavilə çox xırda şriflə yazılmışdı, tələm-tələsik imza etdim. O müqaviləni hətta lupa ilə oxumalı olsaydım, mənə ən azı 1 ya 2 saat lazım idi. Sonradan bilmişəm ki, kredit borcuma 114 manat da əlavə edilib, mənə demədən pullu zəmanət də yazıblar.

Dedilər ki, soyuducu 3-4 gün ərzində Zərdaba çatdırılacaq. Rayona getdim, təxminən 4 gün gözlədim. Soyuducunu gətirib çıxartmadılar.

“ Kontakt” ın qaynar xəttinə zəng etdim, dedilər bir gün də gözlə. Bir gün yox, 3 gün gözlədim, soyuducunu gətirmədilər. Avqust ayında 7 gün rayonda boş yerə gözləyəndən sonra şəhərə qayıtdım, getdim soyuducunu aldığım mağazaya. Dedilər ki, məhsul 10 gün ərzində çatdırılır, gərək 3 gün də gözləyəydim. (Bu boyda mağazalar şəbəkəsinin ustalarının da sayı çox olmalıdır. Müştəri məhsulunu niyə günlərlə gözləməlidir?)

Dedim, eybi yox, senytabrda soyuducumu çatdırarlar. Sentyabrda rayona getməzdən əvvəl zəng etdim qaynar xəttə, rayonda olduğum müddətdə soyuducunu gətirdilər.
Sentyabrın sonları idi. Soyuducunun yuxarı hissəsinin soyutmadığını bilmədim. Aldıqlarımı əsasən, buzxanaya qoyuram.

Bir də 2024-cü ilin may ayında yuxarı hissəyə butulkada su qoyandan sonra bildim ki, yuxarı hissə soyutmur. Şəhərə qayıdandan sonra mağazaya getdim, bildirdim ki, yuxarı hissə soyutmur. Dəqiq vaxt dedim ki, gələn ay filan gündə rayona gedəcəm, ən azı 3-4 gün qalacam, həmin vaxt usta yollasınlar. (Başqa ustaya deyə bilərdim, amma istədim ki, mağazanın ustası gəlsin, yoxsa bəhanə edərdilər ki, soyuducuya başqa usta baxıb)

Dediyim vaxtda rayona getdim, qaynar xəttə zəng etdim. Məlum oldu ki, mənim mağazada dediyim sözlər hələ lazimi ünvana çatdırılmayıb. Yəni ustaya deməyiblər. Gültənə dedim ki, mağazaya getsin, məlumat versin ki, mən artıq rayondayam.

Söz verdilər ki, 2-3 gün ərzində usta gəlib baxacaq. 4-5 gün qaldım, bu müddətdə ən azı 10 dəfə qaynar xəttə zəng etdim, boş yerə söz verdilər.

Hər dəfə qaynar xəttə zəng edəndə ən azı 1 manatlıq konturum gedib. Qayıtdım şəhərə. Gecə saat 10 ya 11 olardı, usta zəng etdi ki, səhər gələ bilərmi? Dedim, mən artıq kənddə deyiləm. Ustada günah yoxdur, ona gec məlumatr veriblər. Bir sözlə, neçə dəfə kəndə getməzdən qabaq zəng etdim ki, usta yollasınlar, amma usta yollamadılar.

Kredit borcum bitmək üzrəydi. Bəzən iki aylıq borcu birdəfəyə ödəyirdim.Təxminən 150 manat borc qalmışdı, müqaviləyə göz gəzdirəndə gördüm ki, pullu zəmanət yazılar. 114 manat . Mağazaya gedib məlumat verdim ki, 114 manatı ödəməyəcəm, çünki mənim xəbərim olmadan yazıblar, üstəlik bir il müddətində usta yollamayıblar.

Bir neçə dəfə zəng etdilər, mən də sözümün üstündə durdum, fikrimdən dönmədim, borcu ödədim. O gün icraçı deyilən bir kişi zəng etdi ki, məhkəmə birtərəfli qətnamə çıxarıb, 250 manat ödməliyəm. İcraçı deyilən kişi mənimlə elə danışırdı, sanki bank yarmışam.

İzah etmək istəyirəm ki, soyuducunun yuxarısı işləmir, usta yollamayıblar, sözümü kəsir, deyir ki, gördün işləmir, gətirəydin mağazaya. Bu adamı qandıra bilmədim ki, soyuducu əl çantası deyil ki, istədiyim vaxt götürüb harasa gedəm.

Rayon qeydiyyatındayam, mənə məktub gələndə qeydiyyatda olduğum ünvana verirlər. Bu dəfə mənə heç bir məktub yollamayılar. Dünən “ İnşaatçılar” filialına getdim. Müdirlə söhbət etdim, dedim borcu ödəyərəm, bu şərtlə ki, heç olmasa usta yollasınlar, çünki hələ zəmanətin bitməyinə 1 il var. Dedi, yox, qəti olmaz borcu ödəməyəndə usta yollamaq olmur.

O gün müqavilənin başqa şərtiylə də iki il sonra tanış olmuşam. Sən demə, müqavilənin bir şərtində qeyd edilib ki, əgər borcu ödəməsəm, məhkəmə mənim iştirakım olmadan birtərəfli qətnamə çıxara bilər. Mən də müqaviləni gözüyumulu imzalamışam.

Mən o borcu ödəməsəm görəsən nə olar? Borcun üstünə faiz gələcəkmi?

Mən haqlı olduğumu kimə və necə sübut edim? Faktiki olaraq, soyuducu ortalıqadadır, yuxarı hissəsi də soyutmur.

P.S " Kontakt Home" nin bir eybi də var. Başqa mağazaların hər bir filialının ayrıca telefon nömrəsi olur. " Kontakt"da belə deyil. Yalnız qaynar xətt var. Orda da boş yerə söz verirlər ki, sizinlə gün ərzində əlaqə saxlayacaqlar. Əlaqə saxlamırlar, məcbur olub yenə qaynar xətti yığıram. Bu iki əl ərzində ən azı 30 manatlıq konturum gedib " Kontakt"ın qaynar xəttinə. Görəsən, hər filialda bir möbil nömrə olsa " Kontakt" çox ziyana düşər? Dünən "İnşaatçılar" dakı filiala gedib-qayıtmağa 3 saatdan çox vaxt sərf etmişəm, 3 manat da yol pulu vermişəm. Mağazanın telefon nömrəsi olsaydı zəng edib fikrimi deyərdim.

Castin Biber iş başında: Yeni albomunu təqdim etdi Uşaq qəlblərinin sevgi fatehi - Misli görünməmiş qadın hünəri Lennonun sevgi məktubu rekord qiymətə satılır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri