“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir Foto
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
“Kontakt Home”dan aldığım məhsulda problem yaşadım, amma satıcı məsuliyyəti üzərindən atır. Halbuki məhsul “Qızıl zəmanət”lə alınıb.
Tribunainfo.az xəbər verir ki, bu problemlə Vüsal Məmmədov adlı şəxs üzləşib. Problemini sosial şəbəkələrdə ictimailəşdirən şikayətçi kömək istəyir:
“Kontakt Home”dan aldığım məhsulda nasazlıq yarandı. Mən məhsuldan normal istifadə etdiyim halda, problemi istifadəçi xətası kimi göstərdilər və zəmanətdən imtina etdilər. Rəsmi qurumlara — Antiinhisar Xidməti və İstehlakçı Hüquqları Cəmiyyətinə müraciət etmişəm. Hazırda araşdırma aparılır.
Mən bunu paylaşmaqla istəyirəm ki, digərləri də diqqətli olsun və oxşar vəziyyətlə qarşılaşdıqda hüquqlarını tələb etsinlər”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 12 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















